Arxeopteriksin yadigarı: it iyi verən qoatsin quşu

Cənubi Amerikada bir quş var – qoatsin. Belə qəşəng, rəngbərəng vidi, gözəgəlimli, basıb yeyiləsi əndamı var (ölçüsü 70 sm, çəkisi 700-800 qram). Amma hamının zəhləsi gedir ondan. Ən posledniy ac heyvan, ya insan da onu yeməkdən vaz keçir. Quşun hətta bir az pisinə də gəlir ki, “Bir ağacdələncə də olmadım ki, tutub dişlərinə çəksinlər məni?!”…

davamı

Bala üzünə həsrət ata fil

Adam küçədə-bacada fil cütlüyü, böyürlərində də körpələrini görəndə eyni açılır ki, əcəb ailədi. Əslində isə onlar heç də ailə deyillər. Çünki erkək fil ömrü boyu bir həyat yoldaşının balağından tutub dayanmır. Bəlkə də istəyərdi dayansın. Amma alınmır. Çünki dişi fil hamiləlik dövründə və övlad dünyaya gətirdikdən sonra təqribən 3 il müddətinə ər-filan hərləmir, başı balasına…

davamı

Topi antiloplarından eşq master-klassı

Erkək topi antilopu ərazisinə daxil olan və anasına “mama” deməyə hazır olan dişi antilopu min cür hoqqayla öz yanında saxlamağa çalışır. İlk olaraq sıravi centlemensayağı diqqət əlamətləri göstərir. Görəndə ki, dişi bunu it yerinə qoymur, keçir «B» planına, başlayır yalandan fınxırmağa. Dişi də “Get anava, bacıva fınxır” demək istəyəndə nəsə qəfil qorxuya düşür, fikirləşir ki,…

davamı

Tibetdə poliandriya: 1 arvad və külli miqdarda ər

Qədim və orta əsr Tibetində nikahın 3 forması mövcud idi: ismətliyanə (1 ər və 1 arvad), poliqamiya (1 ər və çoxlu sayda arvad) və poliandriya (1 arvad və çoxlu sayda ər). Poliandriyaya Tibetdə arada indi də rast gəlmək olur. Adətən də qardaş poliandriyasına. Bu zaman bir xanım po-bratski bütün qardaşların həyat yoldaşı sayılır. Belə olan…

davamı

Niyə şir məni puzzle edib savannaya səpələmədi?

Bu şirciyəz 1-2 addımlığımda idi. Mənsə böyürləri, üstü açıq maşında. Sual: niyə o mənim hər tikəmi puzzle edib savannaya səpələmədi? İş orasındadır ki, avtomobilə və onun içindəkilərə o, qadağan olunmuş bir şey kimi baxır. Məsələn, tutaq ki, biz yolla gedirik və görürük ki, xalxın balkonunda 1 qazan yarpaq dolması var. Götürüb basıb yemirik. Bilirik ki,…

davamı

Canavara bənzər it növləri

Canavarlar haqqında filmlərə baxarkən nəzərə alın ki, arabir həriflənmək ehtimalınız da var. Çünki elə filmlər var ki, canavar roluna canavara bənzər it cinsinin nümayəndəsini çəkiblər. Belə daha rahatdır. İndi onlardan bəzilərini diqqətinizə təhvil verəcəm. 1. ALYASKA MALAMUTU Lider, başçı xasiyyətli malamut öz sahibini heç vaxt darda qoymur, ona hər zaman sadiq qalır. Bir şərtlə ki,…

davamı

Gəzişən balıq

Gəlini tərəfindən cehizlik xrustal stəkanı sındırıldığından sifəti çönən qaynana tipli balığımız. Adı da Qırmızıdodaq yarasa balığı (tilovkimilər dəstəsi). Qalapaqos adalarının sularında gəzir. Bəli, gəzir. Suyun dibində. Bunun üçün də döş üzgəclərindən istifadə edir. Ev-eşiyi 3-120 metr dərinlikdə olur. 20 santimetrlik boy-buxunlu bu balığın dodaqlarının rəngi hələ də alim qardaşlara çatmır. Dəqiq bilmirlər bu al rəng…

davamı

Adam da adam yeyər?

Çox adam Afrikaya gedəndə tinbaşı adamyeyənlərlə rastlaşmadığımı biləndə təəssüflənir ki: “Bunun day nəyi Afrika oldu?!” Nə yalan deyim, yer üzündə kanniballar hələ də var. Amma onların menyusunun şərəfli hissəsi olmaq üçün adam gərək özü manyakcasına çalışsın. Çünki heç də tinbaşı rast gəlmək olmur onlara. Bəs hardadı o canıyanmışlar? 1. Cənub-Şərqi Papua-Yeni Qvineya Korovai qəbiləsindən olanlar…

davamı

Erkəksiz də ana olan Qamçıquyruq Meksika kərtənkələsi

Təbiətdə “partenogenez” adlı qəşəng bir hal varmış. Ona-buna minnətçi düşmədən, hər yoldan keçənə ağız açmadan təkbaşına nəsil artırmaq olur. Bekarçılıqdan “Ürəyim qısıldı, gedim hamilə qalım” deyib eləcənə oturduğu yerdə partenogenezini xoddayıb ana olanlarımızdan biri ilə tanış olaq. – Qamçıquyruq Meksika kərtənkələsi. Bu yazıq kərtənkələ doğulur, indi uşaqdı da hələ, nə bilsin partenogenez söhbətini. Aralarında pərdə…

davamı