Ali Akbar

260 articles published

İmpala antilopunun məharətsizliyi

Özünüz çox gözəl bilirsiz ki, mən dünyasında heç bir heyvanın intim həyatıyla marağlanmaram. Neymə lazım?! Amma özləri buna imkan vermirlər. Əslində ismətlicəsinə xoş niyyətlə savannanı çəkirdim. İmpala antiloplarını gördüm, dedim bunları da çəkim göstərim sizə, nolasıdı ki? Antiloplar bədahətən nə oyun çıxardılarsa, gicgahlarım ağardı. Yenə bir happy-end olsaydı dərd yarı. Ürəyim çəkildi gözləməkdən. Həm də qəfil…

Davamı

Hörümçək-adamın kərtənkələ versiyası

Bəyənməyənlər, niyə xoşlamırsız ki onları? Baxın, gözəllikdi! İnsana da dəyib-dolaşmırlar. Hələ bər-bəzəklərinə!.. 30-ca santimetrlik boy-buxunu olan Mvanza aqamasıdır bu növ. Tanzaniya, Uqanda, Keniyada məskən salıblar. Amma Avropa və Amerikada da çox populyardılar. Hörümçək-adamın rəngində olduqlarına görə. Erkək fərdləri olur belə rəngarəng. Amma hürkəndə rəngləri qaçıb monoton solğun bir rəng alırlar. Dişisinə videoda baxa bilərsiz. Bəzən onları ev…

Davamı

Mərhəmətli Uqanda kişisi

Uqanda kişisi tənha qadın görəndə özündən asılı olmayaraq ürəyi ağrıyır. Pis mənada yox, mərhəmət hissiylə ona intim anları yaşamağı təklif edir ki, barı təkliyinə bir pozitivlik qatsın. Bizdə necə sidqi-ürəkdən avtobusda-zadda kiməsə yer veririk e, onlarda da eyni düşüncəylə bunu təklif edirlər. Bizim tur rəhbəri (foto) qız deyir ki, o qədər yazığları gəlir ki, mənə, lap…

Davamı

6000 metr dərinlikdəki üçayaqlı balıq

Bir xeylaq vaxtdır həkimlə faizə işləyən kraliça arı təzə müştəri tapmışdı. - Doxtur, fotomodel müştəri gətirmişəm. Pula pul demir! Özü də dərinliklər kraliçasıdı: 250 metrdən vurub 6 kilometrdən çıxır! Necədi? - Əleykimə salam! Mənim nəyimə lazım kim hardan vurur-çıxır?! Obeddi e özü də, nə fotomodel? Sözü bitməmiş bir də gördü otağda uzun nəsə peyda oldu. - Diridi bu? - Özü…

Davamı

İtlər üçün zəhərli olan 7 haqq-hesab

Baytarlar itlər üçün dəhşət zərərli sayılan yeddi haqq-hesabla bölüşüblər. Çoxumuz it saxlayırıq. Yaxşı da baxırıq onlara. Amma elə ərzaq və ya dərman preparatları var ki, onları itə versək, aqibəti acınacaqlı ola bilər. Bu barədə "𝙐𝙥𝙥𝙚𝙧 𝘾𝙖𝙣𝙖𝙙𝙖 𝘼𝙣𝙞𝙢𝙖𝙡 𝙃𝙤𝙨𝙥𝙞𝙩𝙖𝙡" xəbərçilik edib. Bu siyahıda nələr var? 1-ci yerdə "𝐈̇𝐛𝐮𝐩𝐫𝐨𝐟𝐞𝐧" preparatıdır. Ümumiyyətlə bütün ev heyvanları üçün çox toksikdir. Onu hətta…

Davamı

Gədəbəyin Mahrasa məbədi

2 saat, sözün əsl mənasında, çaylar-dərələr aşıb gəldik bu yerə. #Gədəbəy-in Söyüdlü kəndindəki #Mahrasa məbədinə. Adından bəlli olub ki, o, yarandığı ilkin mərhələdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınıb (“mah”ın tərcüməsi “ay” deməkdir, “rəsad” isə göy cisimləri müşahidə olunan yerə deyilir). Hətta IV əsrin əvvəllərində Albaniyada xristianlığın yayılmasına baxmayaraq, Mahrasa atəşpərəstliyin möhtəşəm məbədlərindən…

Davamı

Cinsi orqan faciəsi

Müştəri az olduğuna görə doxtur əlində 1 stəkan çay ayaqlarını uzadıb oturmuşdu. Elə təzəcə əncir vareynəsi bankasını şkafından çıxarırdı ki, rezki kraliça arı atdı özünü otağa. - Sən nə sırtıq şeysən, yenə gəldin? - Salam, doxtur. Özümçün gəlməmişəm ki, podruqamı gətirmişəm. Yaxşılıq yoxdu e buna… Bu dəmdə ağzı yaşmaqlı kalabar pottosu (lorikimilər ailəsindən primat) da otağa sakitcə daxil…

Davamı

Ququ quşu: ana aferist, ata moşennik, bala da ikisinin qarışığı

Quşların demək olar ki, hamısı çox ailəcanlı olurlar. Yumurtaların qayğısına dişiylə dimdik-dimdiyə erkək də qalır. Hətta o qədər balacanlı olurlar ki, başqa quşların da övladlarına yiyə durmağa hazır olurlar. Yəni bu razmerdə fədakar valideyndirlər. Amma bəzi quş növləri var ki, işləri-gücləri müqəddəs valideyn adına ləkə yaxmaqdır. Məsələn, ququ quşu (qu quşu yox a!). O nağıllarda-filanda "ku-ku"…

Davamı