Ali Akbar

260 articles published

Çöl və eveşşəyinin gün-güzaranları

Ötən dəfə ətini dişinizə çəkdiyiniz ev toyuqlarının vəhşi təbiətdəki azad kolleqalarından yazmışdım. Bu dəfə isə çöldə-bacada eşşək kimi işlətdiyiniz eşşəklərdən və onların təbiətin qoynunda firavan və azad yaşayan həmeşşəklərindən danışacam. Rəngləri, həyat tərzləri, qidaları, həyata baxışları fərqlidir hər ikisinin. Məsələn, çöleşşəyi onsuz da xoşbəxtdir, ona görə nə rəngdə olması qram vecinə də deyil. Bozumtul rəngdə olur,…

Davamı

Ətlərini dişimizə çəkdiklərimizin dədə-babaları: bankiv toyuqları.

Siz heç ömrünüzdə bir dəfə, asudə vaxtınızda papağınızı qarşınıza qoyub özünüzə sual vermisiz ki, bu tööx-xoruzlar hardan peyda olub küçə-bacamızda? Gözünüzü yumub onları hansısa bir cəngəllikdə təsəvvür etmisiz? Etmisizsə də 100% ürəyiniz gedib gülməkdən. Çox da nahaq. Çünki onların əcdadları hal-hazırda elə həmin o cəngəlliklərdə qıy vurur. Tanış olun: ətlərini dişimizə çəkdiklərimizin dədə-babaları - bankiv toyuqları. Onların…

Davamı

Arxeopteriksin yadigarı: it iyi verən qoatsin quşu

Cənubi Amerikada bir quş var - qoatsin. Belə qəşəng, rəngbərəng vidi, gözəgəlimli, basıb yeyiləsi əndamı var (ölçüsü 70 sm, çəkisi 700-800 qram). Amma hamının zəhləsi gedir ondan. Ən posledniy ac heyvan, ya insan da onu yeməkdən vaz keçir. Quşun hətta bir az pisinə də gəlir ki, "Bir ağacdələncə də olmadım ki, tutub dişlərinə çəksinlər məni?!"…

Davamı

Bala üzünə həsrət ata fil

Adam küçədə-bacada fil cütlüyü, böyürlərində də körpələrini görəndə eyni açılır ki, əcəb ailədi. Əslində isə onlar heç də ailə deyillər. Çünki erkək fil ömrü boyu bir həyat yoldaşının balağından tutub dayanmır. Bəlkə də istəyərdi dayansın. Amma alınmır. Çünki dişi fil hamiləlik dövründə və övlad dünyaya gətirdikdən sonra təqribən 3 il müddətinə ər-filan hərləmir, başı balasına…

Davamı

Topi antiloplarından eşq master-klassı

Erkək topi antilopu ərazisinə daxil olan və anasına "mama" deməyə hazır olan dişi antilopu min cür hoqqayla öz yanında saxlamağa çalışır. İlk olaraq sıravi centlemensayağı diqqət əlamətləri göstərir. Görəndə ki, dişi bunu it yerinə qoymur, keçir «B» planına, başlayır yalandan fınxırmağa. Dişi də "Get anava, bacıva fınxır" demək istəyəndə nəsə qəfil qorxuya düşür, fikirləşir ki,…

Davamı

Niyə şir məni puzzle edib savannaya səpələmədi?

Bu şirciyəz 1-2 addımlığımda idi. Mənsə böyürləri, üstü açıq maşında. Sual: niyə o mənim hər tikəmi puzzle edib savannaya səpələmədi? İş orasındadır ki, avtomobilə və onun içindəkilərə o, qadağan olunmuş bir şey kimi baxır. Məsələn, tutaq ki, biz yolla gedirik və görürük ki, xalxın balkonunda 1 qazan yarpaq dolması var. Götürüb basıb yemirik. Bilirik ki, tutub…

Davamı

Canavara bənzər it növləri

Canavarlar haqqında filmlərə baxarkən nəzərə alın ki, arabir həriflənmək ehtimalınız da var. Çünki elə filmlər var ki, canavar roluna canavara bənzər it cinsinin nümayəndəsini çəkiblər. Belə daha rahatdır. İndi onlardan bəzilərini diqqətinizə təhvil verəcəm. 1. ALYASKA MALAMUTU Lider, başçı xasiyyətli malamut öz sahibini heç vaxt darda qoymur, ona hər zaman sadiq qalır. Bir şərtlə ki, sahibinin ondan…

Davamı

Gəzişən balıq

Gəlini tərəfindən cehizlik xrustal stəkanı sındırıldığından sifəti çönən qaynana tipli balığımız. Adı da Qırmızıdodaq yarasa balığı (tilovkimilər dəstəsi). Qalapaqos adalarının sularında gəzir. Bəli, gəzir. Suyun dibində. Bunun üçün də döş üzgəclərindən istifadə edir. Ev-eşiyi 3-120 metr dərinlikdə olur. 20 santimetrlik boy-buxunlu bu balığın dodaqlarının rəngi hələ də alim qardaşlara çatmır. Dəqiq bilmirlər bu al rəng nəyə…

Davamı