📷 Fotoları çəkdiyim məkanlar: Uqanda, Tanzaniya
Adi su keçisi adlı antilop da var, deyim bilin. Peşman olub arada suya girib yosun-filandan yeyirdi. Bir de onda ayılıb ki, bir adı iki olub. Naəlac qalıb adlarına layiq əməllicə üzməyi də öyrəniblər.
🦌 Afrikada Böyük səhradan cənubda bolluca yayılıb. Erkəy fərdlərinin boy-buxunu…
Bunu görəndə əvvəl başa düşmədim nədi. Sevindim ki, nadir heyvandır, bu saat şah əsərimi yaradasıyam. Mən qaçıram, bu qaçır. 1 saatacan öz dalıyca çapdırıb. Nəhayət uzun sürən tərtökmədən sonra fotolarını çəkə bildim. Özümlə bir partiya qürur duya-duya yollandım nahar yeri üçün hasara alınmış xüsusi yerə. Elə içəri daxil olan kimi görürəm bəhhhh!.. Bunlardan itivə tökdü!…
Fotoları çəkdiyim məkan: Entebbe (Uqanda)
Uqandada təhsil 3 yaşından başlayır. Hər trimestrin və ilin sonunda uşaqlar imtahan verirlər. İlin sonundakı yekun imtahanda kəsiri olanlar sinifdə qala bilər. Hətta 3 yaşlı uşaq da.
- Təhsil ili yanvarda başlayır. 3-6 yaşlarında «erkən məktəb»ə gedirlər. Bir suyu bizim uşaq bağçasına oxşayır və məcburi deyil. Yeri…
Fotoları çəkdiyim məkanlar: Tanzaniya, Kosta-Rika
Timsahlar suda-quruda hərlənənlər arasında begemotlardan sonra insanları böyrü üstə qoymaq üzrə rekordsmendirlər. İldə 1500-2000 adamın həyatına xor baxırlar.
🐊 Adının mənası yunancadan «daş soxulcan» deməkdir.
🐊 250 milyon il əvvəl Yer üzündə ilk timsah peyda olub. O vaxtlar ancaq quruda yaşayırdılar, sonradan «kimin oğlundan əskiyik?» deyib yavaş-yavaş suya da baş…
Elə adına layiq nərmə-naziklik etalonu, yalnız Afrikada yaşayan Dik-dik antilopu. Oyuncaq ölçülərinə rəğmən az aşın duzu deyillər. Çox da döyüşkən və hətta sırtıq xasiyyətlidirlər.
📷 Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)
🦌 Bu heyvanın cəmi 4 növü var. Əsas var-gəl etdikləri ərazilər də daş-qalaqlı, kollu-tikanlı yerlərdir. Dik-dikləri çox nadir hallarda…
Fotoları çəkdiyim məkan: Tokio (Yaponiya)
Yapon mədəniyyətinin qeyri-adiliyinə bələdik, azdan-çoxdan hər birimiz bu barədə, ən azından, eşitmişik. Ölkənin paytaxtı Tokio isə əndrabadiliyinə görə öndə gedəndir.
🇯🇵 Əvvəllər kiçik balıqçı qəsəbəsi olub, adı da Edo. 1867-ci ildə imperatorun iqamətgahını bura köçürüblər, adqoydu nəticəsində də çevrilib olub Tokio. Tərcüməsi də «Şərq paytaxtı»dır.
🇯🇵 Yaponiyanın bir çox böyük…
📷 Fotoları çəkdiyim məkanlar: Nyu-Dehli, Hindistan
Hindistan özü kontrast dolu ölkədir. Məkanlarından tutmuş ta əhalisinədək. Otelimizdəki hündürboy, gözləri qıyıq mühafizəçidən hindistanlı olmadığını boynuna qoyanda dedi ki, «Get işinlə məşğul ol, elə əsl hindistanlıyam». Nyu-Dehlidə gəzib-dolaşdığımız vaxt da gördüyümüz abidələrin çoxsu müsəlman abidələri idi. Elə Hindistanın 7-ci möcüzəsi sayılan 72,6 metrlik Qütb-Minar minarəsi də. Dünyada…
© Kiyoto, Yaponiya
Günü-güzaranı səyahətlərdə keçənlər bir ağızdan deyirlər ki, səyahət üçün külli miqdarda pul lazım deyil. Məlumat axtarıb tapmaq həvəsiniz olsa - bu, yetərlidir. İnanımmı inanımmı? Baxaq görək.
1. TURŞİRKƏTDƏN VAZ KEÇİN, ÖZÜNÜZ SƏYAHƏT EDİN
Turşirkətlərin xidmətlərindən imtina edib, özünüz səyahət etsəz, bir xeylaq pula qənaət etmənizdən əlavə, həm də daha maraqlı səfər…
📷 Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya)
Quşlar müxtəlif olur. Amma bu Rüppel kərkəsi tam başqa aləmdir. Yer kürəsində həmquşları arasında ən hündürdə uçanını təsəvvür edin. Etdiz? Bax, bu, həmin Rüppel kərkəsidi. Mütəxəssislər onun 11277, 12150 metr hündürlükdə var-gəl etdiyinin şahidi olublar. Təyyarələrə meydan oxuyanlar da bunlardır. Əslində, təyyarənin turbininə kəllə atsa, bu, böyük xoşagəlməzliklə…
