Philanthus basilaris ("qurd arılar" və ya "ovçu arılar") növlü arıların həyatında qırğının biri bir qəpikdəndir. Əsasən də, həmişə olduğu kimi, erkəklərin taleyi itin günündə olur.
Yazıq erkək dişidən tez doğulur ki, gəlinbacının "həri"sini almaq üçün eksklüziv ərazini hazırlasın, silsin-süpürsün, yüngülvari oboy-zad yapışdırıb qapısına da qırmızı bantik bağlayaraq əyləşib xanımı gözləsin.
Xanım da doğulur, əsnəyə-əsnəyə krovatında şellənən moment…
Albatroskimilər ailəsinin bir nümayəndəsi var. Vidi babatdı. Amma adı tam təbiətinə uyğundur: boz baş albatros.
Postamentə oxşar yuva qururlar bircəcik övladları üçün. Dimdiklərini bir-birilərinə toxundurmaqla övladlarına nəvazişlərini bildirir, “Qorxma! Mamayla papa həmişə arxanda dağ kimi dayanıblar” deyib uşağı arxayın eləyirlər.
Övlad da gennənib əyləşir yerində, valideynləri də uçub gedirlər bazarlığa ki, kasıbın olanından tapıb gətirsinlər uşaq üçün.…
Xalxın uşağları heç şirlə pələngi ayıra bilmir bir-birindən. O ki qalmışdı bəbirlə (leopard) yaquarı. Deyim necə ayırmaq olar onları?
🔹 Xarici görünüş
• Bəbir: “Slim-fit” modeldi: zərif, incə quruluşlu, uzun bədənli. Əsasən belə olur. Hərçənd mənim Pantanalda gördüyüm 9 yaquardan biri tam bir hallıca qarınlı day-day vidində idi.
• Yaquar: “Bodybuilder”: əzələli, iri gövdəli, başı daha iri.
🔹 Ləkələr…
Sirr deyil ki, cadu-fala sidq ürəkdən inanan hələ də çoxdur. Təkcə bizdə yox. Xalxın ölkəsində "cadugərlər" adam balası kimi vergi də ödəyirlər. Özü də hansısa sorağı gəlməyən ölkədə yox, Avropada. Daha dəqiq desək - Rumıniyada.
2011-ci ildən etibarən cadugərlik rəsmi olaraq bir peşə kimi tanınır burda. Qeydiyyatdan zaddan da keçirlər bu işlə məşğul olanlar. Gəlirlərinin 16%-ni…
Sinqapur boyda Samosir adası yerləşir bu gölün mərkəzində. Yəni o dərəcədə möhtəşəmdir. Dünyadakı ən böyük vulkanik göl sayılan İndoneziyadakı Toba gölünü deyirəm. 74 min əvvəl baş vermiş supervulkan partlayışı nəticəsində əmələ gəlib. Alimlər hətta deyirlər ki, bunun nəticəsində planetdə temperatur da enib (müasir ölçülərə görə 1-3 dərəcə), buna görə insan populyasiyası da ciddi azalıb, flora…
Öyrəşmisiz 4-ü 1 manata limon-laym almağa. Xalx isə kilosu 100 ABŞ dollarına olanından yeyir. Hansı bəxtəvər laymdı o görəsən?
Nadir və bahalı meyvə sayılan barmaq laymıdı o (finger lime). Adını da belə qoyublar, çünki barmağa oxşayır. Dədə-baba yurdu Avstraliyanın subtropik və tropik bölgələrindəki yağış meşələridir.
İçərisindəki kürü kimi olan kiçik şirəli kapsulları sayəsində o biri limon filana…
Tuareq deyəndə elə ancaq Volkswagen yadınıza düşür? Bir maraqlanmamısız bu ad hardan zad olub? Gəlin, maraqlandırım.
Tuareq - Əlcəzair, Liviya, Niger, Mali, Burkina-Fasoda yaşayan köçəri xalqın adıdır. Özlərinə "Kel Tamasheq" deyirlər, tərcüməsi də "Tamaşek dilində danışan xalq" deməkdir. "Tuareq" adını isə biz, onlar, o birilər düz-qoş eləmişik onlara.
Çox maraqlı sosial strukturları var. Həm qadınlara sərf edir,…
Dünyanın müxtəlif ölkələrində həbsxanalardakı şərait ciddi şəkildə fərqlənir. Bəzi ölkələrdə dustaqlara insan hüquqları çərçivəsində yaxşı şərait yaradıldığı halda, digər ölkələrdə həbsxana şəraiti ağır və qeyri-insani ola bilər. Gəlin, dünyanın müxtəlif bölgələrindəki həbsxana şəraitinə nəzər salaq.
Skandinaviya Ölkələri – Məhbuslara İnsan Kimi Davranış
Norveç, İsveç və Finlandiya kimi ölkələrdə həbsxanalar əsasən məhbusların cəmiyyətə yenidən inteqrasiyasına…
Yaponiyada yay aylarında küçələrdəki sərinləşdirici qurğular istidən qorunmaq üçün geniş istifadə olunur. Məsələn, Kumagaya şəhərində 2008-ci ildən bəri avtobus dayanacaqları və digər ictimai yerlərdə avtomatik işləyən duman püskürdücü sistemlər quraşdırılıb. Bu sistemlər müəyyən temperatur və rütubət göstəricilərinə uyğun olaraq (28°C-dən yuxarı, 75%-dən aşağı rütubət və s.) fəaliyyət göstərir. Son illərdə digər şəhərlər də bu texnologiyanı…
