Sinqapur boyda Samosir adası yerləşir bu gölün mərkəzində. Yəni o dərəcədə möhtəşəmdir. Dünyadakı ən böyük vulkanik göl sayılan İndoneziyadakı Toba gölünü deyirəm. 74 min əvvəl baş vermiş supervulkan partlayışı nəticəsində əmələ gəlib. Alimlər hətta deyirlər ki, bunun nəticəsində planetdə temperatur da enib (müasir ölçülərə görə 1-3 dərəcə), buna görə insan populyasiyası da ciddi azalıb, flora və faunaya da mənfi təsir edib. “Toba fəlakət nəzəriyyəsi” deyirlər buna.

Partlayış nəticəsində səmaya 7 trillion zərərli hissəciklər qalxıb, onlardan da 2 trillionu kül. Bu kül təbəqəsi ilə örtülmüş torpaqlarda uzun müddət heç bir bitki bitmədi, ot yeyən heyvanlar tələf olmağa başladı və ardınca onları ovlayan insanlar da. Cənubi Asiyada soyuq və quraqlıqla yanaşı, torpaqların məhvi də baş verdi. Hindistanda bu püskürmədən sonra yağan kül təbəqəsi 10–15 santimetr qalınlığında idi.

Orta illik temperaturun hər bir dərəcə azalması suyun Yer səthindən buxarlanmasının bir neçə faiz azalmasına səbəb olur. Buxarlanma olmadan quru ərazilərdə yağıntılar üçün su yaranmır. Bir çox bölgədə uzunmüddətli quraqlıq başladı. Cəmi 1-3 dərəcəlik soyuqla Toba, o dövrdə yaşayan Homo sapienslərin böyük əksəriyyətini məhv etdi.

Sahəsi 1145 kv km-dən çoxdur, dərinliyi isə 505 m.
Dünyanın ən heyrətamiz təbiət möcüzələrindən biri sayılır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir