Zənzibar Hind okeanının Afrika sahillərindəki Tanzaniyaya məxsus adadır. Yalan-doğru, amma deyirlər, Zənzibarda hələ 20 min əvvəl də insanlar yaşayırmış. Ta 1873-cü ilə qədər bu arxipelaq Hind okeanında ən böyük qul bazarı sayılırdı.
Bir çoxları ekzotik ada deyəndə, nədənsə, yalnız Seyşel, Mavrikiy, Maldiv kimi adaları yada salır. Amma Zənzibar özlüyündə bu sadaladığım adaların hamısını "döyər". Onlardan…
Fotoları çəkdiyim məkan: Serengeti qoruğu (Tanzaniya)
O uşaq vaxtı baxdığımız multfilmlərdə şən, gözüqırpıq, başında bantikli begemotlar var a, baxanda elə bilirsən bu Allahın ən başıaşağı varlığından adama xələl ancaq təsadüfən üstümüzə otursa baş verə bilər - ba onların əlindən ildə 500-dək adam ölür. Yəni bu qələti heç bir özünə hörmət edən akula da eləmir.
Begemot…
📷 Fotoları çəkdiyim məkan: Serengeti, Tanzaniya
Leopardın (bəbirin) adı «leon» (aslan) və «pardus» (panter) yunan sözlərindən calağ olunub. Ondan-bundan fərqləndirən cəhətləri nədir bu leopardların?
Ölçüsünə görə panterkimilər arasında ən xudmanisidi. Erkəklərin çəkisi 60-80 kq, dişilərininsə 40-60 kq arası olur. Müqayisə üçün deyim ki, erkək aslanın çəkisi 250 kq filan olur.
Amma bu kiçik ölçüsünə rəğmən…
📷 Fotoları çəkdiyim məkan: Uqanda
Konqoni və ya adi bubal və ya inək antilopu və ya çöl bubalı, sözün düzü, ilk dəfədi rastıma çıxırdı. Qəribə kəllə forması vardı, sanki hər iki tərəfdən rəndələnmişdi. Amma, nə qədər də olsa, o da özünə görə antilopdur. Odur ki, CV-nə bir nəzər salaq.
Bədəninin uzunluğu 2-2,5 metrədək, boyu 130…
📷 Fotoları çəkdiyim məkan: Zənzibar adası (Tanzaniya)
🐳 Okean və dənizlərin səthi gün ərzində təqribən 2 dəfə qabarma və çəkilməyə məruz qalır. Özlüyündə çox maraqlı mənzərədir. Zənzibar adasına ilk dəfə gələndə baxırıq ki, okean sahilində qayıqlar torpağa pərçimlənmiş vəziyyətdə boynubükük qalıb, suyun özü də az qala gözdən itib. «Bəs biz harda çimişəcəyik?» sualına Afrikagörmüş dostumuz cavab…
