Tənbəl və baş barmağsız ağ-qara kolobuslar

Dünyaya bir balaca qəm-qüssə-kədər dolu baxışlarla baxan ağ-qara kolobuslar ekvatorial Afrikanın yamyaşıl fonunda əməllicə seçilirlər. 40-70 sm-lik boyu, 5,4-14 kq çəkiləri olan bu kolobuslar, demək olar ki, hündür ağaclardan yerə heç enmirlər. Ona görə də yemək-içməklərinin 80%-ni yarpağlar təşkil edir. Bunlara deyən lazım ki, böyrü-başınız o qədər mer-meyvəylə doludu, nə görmüsüz bu azkalorili yarpağda? Deyən…

Davamı

Uqandadakı yemək-içmək neçəyə başa gəlir?

Uqandada yolüstü bazardan seçmələr. Bu cür bazarlarda qiymətlər, əlbəttə ki, daha ucuzdur. Onu da qeyd edim ki, meyvə-tərəvəzin dadına söz ola bilməz: ləzzzzzzət! Market filanlardakı yemək-içməyin təqribi qiymətləri isə belədir: Su, 1,5-litrlik qabda - 0.95 ₼ Süd (1 litr) - 0.97 ₼ 1 buxanka ağ çörək (500 q) - 1.50 ₼ Ağ düyü (1 kq) - 1.90 ₼ Toyuq yumurtası (12…

Davamı

Ağac şirlərinin vətəni

Uqandanın qərbindəki Queen Elizabeth qoruğunda yağış mövsümündə yer bataqlığa çevrildiyindən yerli şirlər günün əsas hissəsini ağaclarda keçirirlər. Elə buna görə də onlara ağac şirləri deyirlər. Bələdçinin dediyinə görə, onları görmək üçün bəzən gəlib 2-3 gün çadır qurub gözləyənlər də olur. Çadırım əlimdə qaldı: həmən gördüm. Vergiliyəm :)    

Davamı

Dovşansifət Kap Damanı

Bunu görəndə əvvəl başa düşmədim nədi. Sevindim ki, nadir heyvandır, bu saat şah əsərimi yaradasıyam. Mən qaçıram, bu qaçır. 1 saatacan öz dalıyca çapdırıb. Nəhayət uzun sürən tərtökmədən sonra fotolarını çəkə bildim. Özümlə bir partiya qürur duya-duya yollandım nahar yeri üçün hasara alınmış xüsusi yerə. Elə içəri daxil olan kimi görürəm bəhhhh!.. Bunlardan itivə tökdü!…

Davamı

1-2 kəlmə də Uqanda uşaqlarının təhsilindən…

Fotoları çəkdiyim məkan: Entebbe (Uqanda)   Uqandada təhsil 3 yaşından başlayır. Hər trimestrin və ilin sonunda uşaqlar imtahan verirlər. İlin sonundakı yekun imtahanda kəsiri olanlar sinifdə qala bilər. Hətta 3 yaşlı uşaq da.   - Təhsil ili yanvarda başlayır. 3-6 yaşlarında «erkən məktəb»ə gedirlər. Bir suyu bizim uşaq bağçasına oxşayır və məcburi deyil. Yeri…

Davamı

İldə 1500-2000 adamı böyrü üstə qoyan timsahlar

 Fotoları çəkdiyim məkanlar: Tanzaniya, Kosta-Rika Timsahlar suda-quruda hərlənənlər arasında begemotlardan sonra insanları böyrü üstə qoymaq üzrə rekordsmendirlər. İldə 1500-2000 adamın həyatına xor baxırlar. 🐊  Adının mənası yunancadan «daş soxulcan» deməkdir. 🐊  250 milyon il əvvəl Yer üzündə ilk timsah peyda olub. O vaxtlar ancaq quruda yaşayırdılar, sonradan «kimin oğlundan əskiyik?» deyib yavaş-yavaş suya da baş…

Davamı

Savannanın ən sırtıq antilopu: Dik-dik

Elə adına layiq nərmə-naziklik etalonu, yalnız Afrikada yaşayan Dik-dik antilopu. Oyuncaq ölçülərinə rəğmən az aşın duzu deyillər. Çox da döyüşkən və hətta sırtıq xasiyyətlidirlər. 📷   Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)   🦌 Bu heyvanın cəmi 4 növü var. Əsas var-gəl etdikləri ərazilər də daş-qalaqlı, kollu-tikanlı yerlərdir. Dik-dikləri çox nadir hallarda…

Davamı

ƏN HÜNDÜRDƏ UÇAN QUŞ: RÜPPEL KƏRKƏSİ

📷  Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya) Quşlar müxtəlif olur. Amma bu Rüppel kərkəsi tam başqa aləmdir. Yer kürəsində həmquşları arasında ən hündürdə uçanını təsəvvür edin. Etdiz? Bax, bu, həmin Rüppel kərkəsidi. Mütəxəssislər onun 11277, 12150 metr hündürlükdə var-gəl etdiyinin şahidi olublar. Təyyarələrə meydan oxuyanlar da bunlardır. Əslində, təyyarənin turbininə kəllə atsa, bu, böyük xoşagəlməzliklə…

Davamı