Erkək topi antilopu ərazisinə daxil olan və anasına "mama" deməyə hazır olan dişi antilopu min cür hoqqayla öz yanında saxlamağa çalışır. İlk olaraq sıravi centlemensayağı diqqət əlamətləri göstərir. Görəndə ki, dişi bunu it yerinə qoymur, keçir «B» planına, başlayır yalandan fınxırmağa. Dişi də "Get anava, bacıva fınxır" demək istəyəndə nəsə qəfil qorxuya düşür, fikirləşir ki,…
Bu şirciyəz 1-2 addımlığımda idi. Mənsə böyürləri, üstü açıq maşında. Sual: niyə o mənim hər tikəmi puzzle edib savannaya səpələmədi? İş orasındadır ki, avtomobilə və onun içindəkilərə o, qadağan olunmuş bir şey kimi baxır.
Məsələn, tutaq ki, biz yolla gedirik və görürük ki, xalxın balkonunda 1 qazan yarpaq dolması var. Götürüb basıb yemirik. Bilirik ki, tutub…
Çox adam Afrikaya gedəndə tinbaşı adamyeyənlərlə rastlaşmadığımı biləndə təəssüflənir ki: "Bunun day nəyi Afrika oldu?!"
Nə yalan deyim, yer üzündə kanniballar hələ də var. Amma onların menyusunun şərəfli hissəsi olmaq üçün adam gərək özü manyakcasına çalışsın. Çünki heç də tinbaşı rast gəlmək olmur onlara. Bəs hardadı o canıyanmışlar?
1. Cənub-Şərqi Papua-Yeni Qvineya
Korovai qəbiləsindən olanlar yaxın keçmişdə…
1927-ci ildə Henri Şouteden adlı bir zooloq Belçikanın o vaxtkı müstəmləkəsi olan Konqodan qəribə kəllə sümüyü, böyründə də dəri tapıbmış. Dəri də qəribə idi. Hesabatında da yazıb ki, "Şimpanze kəlləsinə oxşayır. Amma yenə də yalan deyərəm…"
Üstündən bir il keçir. Qonşu Almaniyadan olan zooloq Ernst Şvarts bundan xəbər tutur və yuxusu ərşə çəkilir. Əlində xətkeş durur…
Şərqi Afrikada yaşayan Çılpaq yerqazanın şəklini görüb çoxunuz "fu" deyəcəksiniz. Tərcümeyi-halına ötəri nəzər salanda isə paxıllığını çəkib qəlbinizin dərin guşəsində həsəd naləsini xoddayacaqsınız.
Razıyam, vidindən çiy sosiskaya oxşayır. Bütün günü də yerin altında yaşayır, yarım saatadək oksigensiz qala bilir. Amma onun vizit kartı qocalmamasıdır. Yer üzündə yaşayan canlılar arasında qocalmaq və uzunömürlülük nöqteyi-nəzərindən ən təəccüb doğuranıdır…
Zürafələrə baxanda çoxumuz nirvanalıq oluruq. Realda həqiqətən çox canlara dəyən mənzərədir. Di gəl ki zürafənin özü zülm çəkir.
Zürafələr susayanda da, acanda da, hətta dünyaya gələndə də əməllicə peşmançılıq olur.
Su içmək üçün fil kimi xortumu yoxdur ki, yellədə suya içə. İri qamətiylə mütləq gərək əyilə. O cür əyilməyi də Allah kəssin: uzun ayaqlarını yanlara o qədər…
Zloy baldız baxışlı şəlpəqulağımızı təqdim edirəm.
Azərbaycanca buna Yarasaqulaq tülkü deyirlər. Yeri gəlmişkən, elmi adı "yekəqulaq it"dir (Otocyon megalotis).
Ümumiyyətlə 23-dək tülkü növü mövcuddur. Amma bu balamız nətər unikaldırsa, ayrıca Otocyon sinfini təşkil edib və sinfin yeganə nümayəndəsidir.
Afrikanın sakini olaraq digərlərindən, gördüyünüz kimi, qulağlarının ölçüsü və çaşkafason vidi ilə fərqlənir. Özü də qulaq deyilən nahiyə 13 sm…
Adam bu erkək kaftarlardan (giyena) oxuyanda lap ürəyi ağrayır. O "Sən Allah, 2 dəqiqə uşağa bax, indi gəlirəm" deyib uşağı erkəyin üstünə vızılladıb bütün günü ağacda şıllaq atan dişi İmperator tamarininə (http://travelstory.az/?p=935), "Başaa dönərəm, gözüü yum, sənə sürprizim var" deyib kürülərini mayalanmaq üçün cəld erkəyin torbasına doldurub özü aradan çıxıb kişisini doğmağa vadar edən dəniz…
Bu Qana ki var - çox mırt ölkədi. Adamın dünyaya gəlməsindən ta rəhmətə getməsinədək nəsə oyun çıxarırlar. Deyəcəm indi.
Çox qonaqpərvərdilər. Bizim kimi və daha betər. Qohum-qardaşa dəymək üçün əvvəlcədən xəbərdarlıq etmirlər. Bir dəstə lapdannan axışıb gəlib bir neçə həftəlik, hətta bir neçə aylıq qala bilərlər. Bizdə olur belə şeylər? Qohum-qonşudan uzağam deyə tam xəbərim yoxdu.…
