Çox adam soruşur ki, Mursi qəbiləsindən olan qadınların dodaqlarındakı gil boşqabın mənası nədir, ümumiyyətlə o niyə var?
Dəqiq bilmirlər ki. Özləri bunu gözəllik üçün etdiklərinə əmindirlər. Antropoloqlar isə bu "dəbin" necə meydana gəldiyi barədə hələ də bir nəticəyə gəlməyiblər. Kimsə dodaqdakı boşqabların qəbilədə xüsusi bir status olduğuna inanır. Boşqab nə qədər böyükdürsə, qadının qəbilədəki mövqeyi bir…
Bu dəfə Hamer qəbiləsində nə gördük? Keçi qanından "kokteyl", ev-eşiklərinin içi, uşaqların hədiyyə qırğınvari sevinci, yerli kofenin və keçi kababının dequstasiyası...
Sayları 33 mindən çox olan Dasaneç qəbiləsi özünə ən qəribə yerdə məskən salıb - səhralıqda. Ora yollandığım gün hava da +38C idi, üstəlik Abşeron küləyi də nə üçünsə orda vız vururdu. Axşama üst-başımda 4 qat qum yığılmışdı.
Omo Vadisinin ənənəvi həyat tərzini qoruyub saxlayan ən kasıb xalqlarındandır. Evlərini tullantılardan tikirlər: karton parçaları, metal təbəqələr, brezent və…
Bu gün isə Omo Vadisinin ən çoxsaylı əhalisi olan Konso qəbiləsi ilə tanış edəcəm sizi. Orda dedilər 250 mindən çoxdu sayları, Google deyir 500 min… Dəqiq bilən yoxdur.
Yaşadıqları yer daş terasları və möhkəmləndirilmiş yaşayış yerləri olan quraq bir ərazidir. Landşaftları yerli icmaların ümumi dəyərlərini, sosial birliyini və mühəndislik biliklərini nümayiş etdirir. YUNESKO da götürüb bu…
Bu gün Abaya gölünün həndəvərində məskən salan Dorze qəbiləsi ilə tanış edəcəm sizi. Lap əvvəllər döyüşkən xalq olublar. Amma indi abırlarına qısılıb toxuculuq, kənd təsərrüfatı ilə məşğuldurlar. Ümumiyyətlə isə bu səfərimdə gördüyüm 5 qəbilədən müasir həyat tərzinə ən çox uyğunlaşanı elə bu dorzelər idi.
Qəbilədə nələri gördük?
1. Dorzelərin ənənəvi evi;
2. süni banan ağacından hazırlanan pendir qoxulu…
Xəbəriniz var ki, dünyada doğulan əkizlərin 40%-i Afrikanın payına düşür? Qitənin qərbindəki 13 milyonadək əhalisi olan Benin dünyada əkizlərin ən çox doğulduğu ölkələrdəndir: 1000 doğuşa 28 hal. Əfsuslar olsun ki, Benin həm də həmişə uşaq ölümünün yüksək faizinə malik olub, bu da vudu dinində əkizlər kultunun yaranmasına səbəb olub.
Əkizlərdən biri rəhmətə gedəndə valideynləri "hohovi" adlanan…
Yalnız 1931-ci ildə tədqiqatçıların gözünə sataşan hadzalar planetimizdə sağ qalan sonuncu ovçu-toplayıcı qəbilələrindən sayılırlar. Heç nə əkib-becərmirlər, mal-qaraları da yoxdur, avtomobil filandansa söhbət gedə bilməz. Bütün qidalarını təbiətin qoynundancan alırlar. Tanzaniyanın şimal hissəsindədir ev-eşikləri. Dünya alimləri ilk insanların məhz hadzaların yaşadıqları ərazilərdə peyda olduqlarını iddia edirlər. Hələ də odu qədim insanların əldə etdiyi üsulla alırlar.
Sayları…
Ötən dəfə ətini dişinizə çəkdiyiniz ev toyuqlarının vəhşi təbiətdəki azad kolleqalarından yazmışdım. Bu dəfə isə çöldə-bacada eşşək kimi işlətdiyiniz eşşəklərdən və onların təbiətin qoynunda firavan və azad yaşayan həmeşşəklərindən danışacam.
Rəngləri, həyat tərzləri, qidaları, həyata baxışları fərqlidir hər ikisinin. Məsələn, çöleşşəyi onsuz da xoşbəxtdir, ona görə nə rəngdə olması qram vecinə də deyil. Bozumtul rəngdə olur,…
Adam küçədə-bacada fil cütlüyü, böyürlərində də körpələrini görəndə eyni açılır ki, əcəb ailədi. Əslində isə onlar heç də ailə deyillər. Çünki erkək fil ömrü boyu bir həyat yoldaşının balağından tutub dayanmır. Bəlkə də istəyərdi dayansın. Amma alınmır. Çünki dişi fil hamiləlik dövründə və övlad dünyaya gətirdikdən sonra təqribən 3 il müddətinə ər-filan hərləmir, başı balasına…
