Cənubi Afrikada bir moşennik bitki var, adı Ceratocaryum argenteum. Dalıyca danışmaq olmasın, düz-əməlli vidi də yoxdu. Ona görə tozlanmanın filanın başını buraxıb, bilir ki, heç bir özünə hörmət edən quş, ya həşərat bunun üzünə baxan deyil. Qara rəngli 1 sm ölçüsündə olan toxumları da qalıb əlində, bilmir kimə soxuşdursun.
Elə dərdli-dərdli yellənən moment harayına təkamül gəlib…
İl ərzində 500-dək insan begemot dişdəminin qurbanı olur. Dişdəm gücü də, maşallah, 124 atmosfer (128 kq)! Allah üzümüzə baxıb ki, begemot vegetariandı hələ. Bəs niyə öldürür?
Görmə qabiliyyəti zəifdi və təhlükə hiss etdiyi hər bir canlıdan o dəqiqə gözü su içmir. Yanında cuppulu begemot varsa, qarşı tərəf üçün təhlükə daha da artır.
Qurban siyahısında ən çox onun…
Yer üzündə ən sürətlə qaçan vəhşi heyvandır bu gepard. Saatda 100-120 km! Amma bu sürəti 500-600 metr məsafədə saxlaya bilir. Ondan o yana deyir ki, day mənnik deyil.
Bəbir, aslan, pələnglərdən fərqli olaraq gepardlar leş yeməyi mənliklərinə sığışdırmırlar.
Bir üzqaraları var, o da çıxardıqları səsdir. Nərildəmək filanla araları yoxdur. Quş, balaca it səsinə bənzərdi səsləri.
Özünüz çox gözəl bilirsiz ki, mən dünyasında heç bir heyvanın intim həyatıyla marağlanmaram. Neymə lazım?! Amma özləri buna imkan vermirlər.
Əslində ismətlicəsinə xoş niyyətlə savannanı çəkirdim. İmpala antiloplarını gördüm, dedim bunları da çəkim göstərim sizə, nolasıdı ki? Antiloplar bədahətən nə oyun çıxardılarsa, gicgahlarım ağardı. Yenə bir happy-end olsaydı dərd yarı. Ürəyim çəkildi gözləməkdən. Həm də qəfil…
Bəyənməyənlər, niyə xoşlamırsız ki onları? Baxın, gözəllikdi! İnsana da dəyib-dolaşmırlar. Hələ bər-bəzəklərinə!.. 30-ca santimetrlik boy-buxunu olan Mvanza aqamasıdır bu növ. Tanzaniya, Uqanda, Keniyada məskən salıblar. Amma Avropa və Amerikada da çox populyardılar. Hörümçək-adamın rəngində olduqlarına görə.
Erkək fərdləri olur belə rəngarəng. Amma hürkəndə rəngləri qaçıb monoton solğun bir rəng alırlar. Dişisinə videoda baxa bilərsiz.
Bəzən onları ev…
Yığışın, yekəqarınlar! Qarnınızın qabaritiylə qürur duymaq üçün şansınızı əldən verməyin. Bunun üçün 6 ayınızdan keçib hər ilin iyun ayında Efiopiyadakı Bodi qəbiləsində lövbər salıb xüsusi pəhrizə keçməyiniz kifayətdir.
Bu qəbilənin (sayları 7 minədəkdir) kişilərində qarınlarının ölçüləri onların qürur mənbəyidir. Hər ilin iyun ayında subay kişilər qarınlarının diametrini ağsaqqalların ixtiyarına buraxırlar. Onlar da öz növbəsində ən yekəqarını…
Hamer qəbiləsindən olan qadınların kürəklərindəki çapıqların səbəbini çoxunuz soruşursuz. Mən də paxıl deyiləm. Göstərəcəm və yazacam.
Ümumiyyətlə hesab edirlər ki, Hamer qəbiləsinin təməli V əsrdə qoyulub. Onların hər birinin qeyri-adi yüksək daxili mədəniyyətə, fitri ədalət hissinə malik olmaları barədə iddialar çoxdu. Fərqlənirlər digər gördüyüm 4 qəbilə nümayəndələrindən. Məsələn, Mursilərdən fərqli olaraq Hamerlər gün ərzində yaşadıqları ərazidə…
Hamer qəbiləsində inisiasiya mərasimi turistlər üçün keçirilməyən, amma onların da iştirakına icazə verilən azsaylı tədbirlərdən biridir. Demək olar ki, bütün qəbilələrin oxşar mərasimləri var. Amma onlar dünyanın müxtəlif yerlərində bir-birilərindən çox fərqlənirlər. Kifayət qədər zərərsiz rituallar da var, açıq şəkildə qəddar olanlar da.
Hamerlər arasında inisiasiya yalnız kişilər üçündür. Adı da "Bull-jumping".
Gənc oğlan özünə həyat yoldaşı…
Elə bilirsiz Efiopiyada qəbilələrdən başqa heç nə yoxdur? De - əhalisi 3 milyondan çox olan paytaxt Əddis-Əbəbə (mənası "yeni çiçək" deməkdir). Təməlini 1886-cı ildə imperator II Menelik həyat yoldaşının xahişiylə qoyub.
Ticarət mərkəzi, gözəllik salonu, restoran filan. Bir balaca oralara da göz gəzdirin.
