Zənzibardakı Türmə adası. Babbalacadı. 30 dəqiqəyə adanı o baş-bu başa gəzmək olar. 500-dək nəhəng tısbağanın pənah gətirdikləri yerdir.
Eeee lap əvvəllər bu nəhəng tısbağalar Hind okeanının bir çox adalarında rahat yaşayır, heç kim onlara belivin üstə çanağın var demirdi. Çünki deyən adam da yox idi. Hələ oralara gəlib çıxmamışdılar. Biz sağolmuşlar gəlib oralara çıxar-çıxmaz başlamışıqmış biçarələrin…
Qırmızı Kitaba düşən, yalnız Zənzibar adasında yaşayan Kirka qırmızı kolobusunun təbii mühitdə sayı cəmi 2-3 mindir.
Saylarının belə az olmasına əsas səbəbkar da elə kolobusun özüdür. Daha doğrusu, kiçik kolobusçığaz: 4 yaşınacan anasından bir addım belə ayrılmır. Ana da anadı da, işi-gücü balasının kolobus olub kolobuslara qoşulmağına göstərdiyi cəhdə qarışır. Nəsil artırmaq hayında olmur. O hay…
Gör-götür dünyasıdı. 14 fevralda sevib-sevilməyənlər üçün topi antiloplarından təlimat. Gələn il lazım olar.
Deməli, erkək topi antilopları ərazilərinə daxil olan dişi antilopları min cür hoqqayla öz yanlarında saxlamağa çalışırlar. İlk olaraq sıravi centlemen sayağı diqqət əlamətləri göstərirlər. Görəndə ki, bu, dişinin vecinə deyil və o, ərazini tərk etmək niyyətindədir, keçirlər moşennik sayağı «B» planına. Bu moment…
O deyirlər e, bayquşlar müdrikdi, zəkalıdı filan. İnanmayın. Bu, daha çox qədimdən qalma imic məsələsidir. Məsələn, qarğakimilərin problem həll etmək qabiliyyəti bayquşlardan qat-qat məşhurdur. Bayquşun başında isə əsas ‘investisiya’ gözlərə və eşitmə sisteminə gedib. Amma belə şəxsən mənim üçün ən marağlı quşlardandı.
250-dək növü olan bayquşların vid-fasonları, ölçüləri, xarici görünüşləri bir-birindən çox fərqli olur. Amma ümumi…
Fotoları çəkdiyim məkanlar: Serengeti, Tarangiri (Tanzaniya)
Manqust haqqında ən çox bildiyimiz şey - onların ilanları gözükölgəli etməsidir. Görək, daha əllərindən nə gəlir?
- 12 növ manqust var. Əsasən, 4-50 fərddən ibarət olan ailələrdə yaşayırlar.
- İlanı ancaq yolüstü rastlaşanda ovlayırlar. O da həmişə yox. Çox vaxt iri ölçülü ilanları görüncə aradan çıxmağa daha çox üstünlük verirlər. Belə yedikləri…
Fotoları çəkdiyim məkan: Tanzaniya
Bu savanna ki var - çox marağlı məkandır. İldə iki dəfə bir neçə həftə yağış mövsümü olur, ondan sonra da bir neçə ay quraqlıq dövrü gəlib çıxır. Quraqlıqda da bir xeylaq canlı məhv olur, əsasən də otla qidalananlar. Buna görə antiloplar, zebralar, zürafələr dişlərini dişlərinə qıcayıb su hövzələri arasında əsir-yesir düşürlər.
Savannada hər…
Durnakimilər ailəsinin 14 növü var, bilirdiz? Hər bir növü də özünəməxsusluğu ilə digərindən fərqlənir.
Onların içərisində ən gözəgəlimlilərindən biri də tacdar durnadır . Vid-fasonu və həyat tərzi ilə həmdurnalılarından fərqlənir.
Beynəlxalq Qırmızı Kitaba adı düşən bu durna, əsasən, Şərqi və Qərbi Afrikada yayılıb. Lap əvvəllər Avropa və Şimali Amerikada da yaşayıbmışlar. Buz dövrü gələr-gəlməz oralarda qeybə çəkiliblər.
Boyları…
Bu kiçik gədə bizi görər-görməz nətər üstünə qoyub aradan çıxmaq istədisə!.. Anası «Gicdəmə!» deyib bir qapazla qaytardı onu yerinə.
Metrikada adı mavi və ya taclı əntərdir. Şərqi Afrikanın rütubətli meşələrində yaşayır.
Boy-buxunları 70 sm, 8-10 kq-lıq çəkiləri, düşməni mələdən uzun köpək dişləri, canlara dəyən bakenbardları, 90 sm-lik quyruqları var. Erkək fərdlərin. Dişilər daha xudmanidir (50…
Türmə adasına Zənzibar arxipelaqının mərkəzi - Stone Town-dan qayıqla 20 dəqiqəyə çatdıq.
Babbalaca da adadır, 15-20 dəqiqəyə gəzə-gəzə perimetri boyunca başa vurmaq olur. Özü də hansısa bəxtəvərin şəxsi ərazisidir.
Adanın rəsmi adı Changuu Private Island Paradise-dir. 1860-cı ilədək üzünə baxan yox idi. Daha sonra isə özünü pis aparan qulların saxlanma məkanı olub. 1893-cü ildə burada qulların saxlanması…
