Pişikkimilərdən ən güclü dişdəm sahibi

İri pişiklərdən demək olar ki, hamısını vəhşi təbiətdə görmüşdüm. Yaquardan başqa. O da tərslikdən dünyanın o başında, əsasən Mərkəzi və Cənubi Amerikada yaşayır. Yığdım cer-cehizimi, yollandım birbaşa Braziliyanın Pantanalına: dünyanın ən iri su-bataqlıq ərazisinə. 3 gün sübh tezdən axşama kimi qayıqla Rio Cuiabá çayı boyunca onu axtardıq. "Gördüm" deyən olmadı. 3-cü gün günorta yazığı gəldi yəqin bizə.…

Davamı

Bəbirlə yaquarın fərqi

Xalxın uşağları heç şirlə pələngi ayıra bilmir bir-birindən. O ki qalmışdı bəbirlə (leopard) yaquarı. Deyim necə ayırmaq olar onları? 🔹 Xarici görünüş • Bəbir: “Slim-fit” modeldi: zərif, incə quruluşlu, uzun bədənli. Əsasən belə olur. Hərçənd mənim Pantanalda gördüyüm 9 yaquardan biri tam bir hallıca qarınlı day-day vidində idi. • Yaquar: “Bodybuilder”: əzələli, iri gövdəli, başı daha iri. 🔹 Ləkələr…

Davamı

Pantera elə bildiyimiz bəbir və yaquar imiş

Hamının valeh olduğu pantera var a - o, ayrıca heyvan növü deyil ki. Bu, melanizm əlamətləri (canlının toxumalarında qara piqmentin çoxluğu) bol olan bəbirin (Afrika və Asiyada) və yaquarın (Cənubi Amerikada) rənglərinin genetik variantıdır. Yəni bildiyimiz bəbir və ya yaquarın qara formasıdır. Amma, dallarıyca danışmaq olmasın, bəbirlərdən daha çox aqressiv olurlar. Asiyada panteraların sayı daha çoxdur.…

Davamı

Leopard yeganə pişikkimidir ki, şikarını ağacın başına çıxarıb orada nuş edir

📷  Fotoları çəkdiyim məkan: Serengeti, Tanzaniya Leopardın (bəbirin) adı «leon» (aslan) və «pardus» (panter) yunan sözlərindən calağ olunub. Ondan-bundan fərqləndirən cəhətləri nədir bu leopardların?  Ölçüsünə görə panterkimilər arasında ən xudmanisidi. Erkəklərin çəkisi 60-80 kq, dişilərininsə 40-60 kq arası olur. Müqayisə üçün deyim ki, erkək aslanın çəkisi 250 kq filan olur.   Amma bu kiçik ölçüsünə rəğmən…

Davamı