Otyeyən meymun: Gelada

Bu günkü qəhrəmanımız Gelada (Theropithecus gelada) - sinəsində qırmızı ürək gəzdirən, otla dolanan, dişlərini göstərəndə adamın canına vəlvələ salan, ailə münasibətləri isə ayrıca serial mövzusu olan primatdır! Meymunlar aləminin otbiçəni Gelada Efiopiyanın yüksək dağlıq ərazilərində yaşayır. Əsasən 1800–4400 metr yüksəkliklərdə rast gəlinir. Qidasının böyük hissəsini ot təşkil edir. Hətta bəzən rasionunun 90 faizindən çoxu ot olur. Sinəsində niyə…

Davamı

Çoxarvadlı Mavi meymunlar

10-40 primatdan ibarət bu qrupda 1 ailə başçısı erkək olur. Dişilər elə doğulduqları qrupda yaşayırlar ömür boyu. Gədələrsə 5-6 yaşına çatan kimi ataları tolazlayır onları bayıra. Onlar da ya gedib tək yaşayırlar, ya da o biri özleri günündə olan qovulmuşlarla “subaylar qrupu” yaradıb vaxtlarını gözləyirlər. Vaxt vədə yetişəndə də gedib başqa bir ailənin dominant erkəyinə…

Davamı

Bir burnun sirri

Yalnız Borneo adasında yaşayan uzunburun meymun və ya kahauların burunlarıyla bağlı çoxlu versiyalar var. Bəziləri iddia edir ki, iri burun suda üzərkən nəfəs almaq üçün xidmət edən boru rolunu oynayır. İddia edib sonra da özlərinə sual verirdilər ki, elədirsə, bəs niyə daha kiçik burunlu dişilər üzərkən batmırlar? Sonra dedilər iri burun bədən temperaturlarını tənzimləmək üçündür. Bu…

Davamı

Cinsi orqan faciəsi

Müştəri az olduğuna görə doxtur əlində 1 stəkan çay ayaqlarını uzadıb oturmuşdu. Elə təzəcə əncir vareynəsi bankasını şkafından çıxarırdı ki, rezki kraliça arı atdı özünü otağa. - Sən nə sırtıq şeysən, yenə gəldin? - Salam, doxtur. Özümçün gəlməmişəm ki, podruqamı gətirmişəm. Yaxşılıq yoxdu e buna… Bu dəmdə ağzı yaşmaqlı kalabar pottosu (lorikimilər ailəsindən primat) da otağa sakitcə daxil…

Davamı

Ən çox oxşarımız: oranqutan

Oranqutanı görəndə adam istəyir ona "Salam, qaqaş" deyib əl uzatsın. Yəni o qədər baxışı, duruşu, davranışı, ətrafdakıları nəzərdən keçirməyi bizə bənzəyir. Yalnız Kalimantan (Borneo) və Sumatra adalarında yaşayırlar hal-hazırda. Əvvəllər isə bütün Cənub-Şərqi Asiyaya yayılmışdılar. Sumatrada bir xeylaq cəngəlliyi var-gəl edəndən sonra nəhayət onu gördük. Hündür ağacın lap kəlləsində idi. Gördü bizi. Elə yuxarıdan nəzər salıb…

Davamı

Anasının balası bonobo

1927-ci ildə Henri Şouteden adlı bir zooloq Belçikanın o vaxtkı müstəmləkəsi olan Konqodan qəribə kəllə sümüyü, böyründə də dəri tapıbmış. Dəri də qəribə idi. Hesabatında da yazıb ki, "Şimpanze kəlləsinə oxşayır. Amma yenə də yalan deyərəm…" Üstündən bir il keçir. Qonşu Almaniyadan olan zooloq Ernst Şvarts bundan xəbər tutur və yuxusu ərşə çəkilir. Əlində xətkeş durur…

Davamı

Səsi cəngəlliyə cəngəllik verən hibbonlar

O filmlərdə cəngəlliyi göstərirlər a… Arxa fondan qəribə səslər gəlir: adamın həm qulağına ləzzət edir, həm də içində yüngülcə vahimə yaradır. Elə bil meşənin özü nəfəs alır. Bax, o səslərin ideal müəllifi şəxsən mənim üçün hibbonlardı. Əsasən də Kloss hibbonunun. Məncə, heyvanlar aləminin ən sehrli səslərindən biridir. (video). Bu günsə Siamanq hibbonundan danışacam. Mentavay arxipelaqının Siberut…

Davamı

Primatların tovuz quşusu

Adı Qırmızıbaldır duk meymunudur. Necə niyə? Çünki baldır hissəsi al-qırmızı rəngdədi. Vid-fasonlarına görə arada bunlara “bayram paş-paltarlı meymun” da deyirlər. Rəng çalarlarına görə isə tovuz quşunu ötüb keçməklərinə də az qalıb. Cənub-Şərqi Asiyanın yerli primatlarıdırlar. Yalnız ilkin və ya ikinci dərəcəli tropik yağış meşələrində yaşaya bilirlər; yaşayış sahələrinin parçalanmasına və mühit dəyişikliyinə qarşı çox həssasdırlar. Həm dişilərin, həm…

Davamı

Qırmızılığına nə qədər çox salsa – bir o qədər sağlam görsənər

Zalımın oğlunun sifətinə elə bil bir samovar qaynar su dağılıb. Amma rəngini görüb ürəyiniz ağrımasın. Çünki keçəl uakari üzünün nə qədər qırmızılığına salsa, deməli, bir o qədər sağlam və gözəgəlimlidir. Elə xanım uakarilər də məhz bu keyfiyyətlərinə görə erkəyləri dəyərləndirib onlara "hə" deyirlər. Cənubi Amerikanın tropik meşələrində yaşayan bu qeyri-adi meymunların qeyri-adiliyi çöhrələrinin rəngindən başqa həm…

Davamı