Ağır xasiyyətli daydayı xatırladan Tibet tülküsü

Tibet tülküsü üzdən mənə sanballı, ağır xasiyyətli daydayı xatırladır. Tüklü yaxalığının hesabına kvadratbaş kimi görsənən bu ağır ceyil əslində elə də yekə deyil: bədəni 60-70 sm, tüklü quyruğu da üstəlik 30-40 sm. Çəkisi də 4-5,5 kq. Xasiyyəti də qızıldı. Yazacam. Üz ifadəsi elə sakit və tərki-dünya olub nirvanada var-gəl edən fason olur ki, sanki bütün günü…

Davamı

Adeli pinqvinlərinin seksual adətlərindən şok məqamlar

Doğrudan elə bilirsiz ki, pinqvinlər aydan arı, sudan duru məsum quşcuğazlardır? Buralarda olun. Düzdü e, vidləri pozitivdir, yerişləri gülməlidir. Amma yaxından CV-lərinə göz gəzdirəndə görürsən ki, onların etdiklərini ən pasledniy quş belə mənliyinə sığışdırmaz. Gözdən salmaq üçün demirəm a bunları. İndi olanı budur. Hələ 70 milyon il əvvəl Yer kürəsində var-gəl etməyə başlayan pinqvinlər, bəzilərinin fikirləşdiyi kimi, harda…

Davamı

İnfeksiyadan bol balaca kaniballar

Babbalaca, xallı, yeməli-yeməli parabüzən… Gözəl, göyçək parabüzən… Baxdıqca baxmaq istədiyimiz parabüzən… Qolumuzda, ovcumuzda sevə-sevə gəzdirdiyimiz parabüzən… Ovcumuzdan qanad açıb uçub gedəndə arxasıyca baxıb sanki 100 dollar tapmışıq kimi bizə sevinc bəxş edən parabüzən… Arada kanniballıq edən parabüzən! Bilmirdiz? Tırtıl ikən bacı-qardaşlarını yeyirlər. Lap köpək balığları kimi. Belə kannibal tırtıllarda sağ-salamat böyümə şansı daha çox olur.…

Davamı