Rəng verib, rəng alan təzəbəy

Mürəkkəbböcəyinin böcəkliyinə fikir verməyin. Çünki, birincisi, böcək-filan deyil – molyuskdur. İkincisi, ölçüsü 50 sm-dək olur.

Ta qədimdən biz insanlara tanışdır. Vid-fason dəyişmək sarıdan da çox yarıyıb. Maskirovkanın biri bir qəpikdən! Əsasən də bunu xalxın qızına özünü sırımaqçün edir. Daha doğrusu, qız uğrunda rəqib erkəklə mübarizədə. Özü də hissə-hissə edir bunu: gözaltı etdiyi dişiyə yaxın olan tərəfini abıra mindirib kişi-kişi dayanır, erkək rəqibinə tərəf olan hissəsini isə dəyişdirib dişi fərdin rəng-ruhuna oxşar vidə salır. Ürəyitəmiz rəqib erkək də bunu dişi bilib ağzını ayırıb tamaşa eləyincə bu gözünə döndüyümüz o biri kişi tərəfiylə qızın hərisini alır.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir