Qədim və orta əsr Tibetində nikahın 3 forması mövcud idi: ismətliyanə (1 ər və 1 arvad), poliqamiya (1 ər və çoxlu sayda arvad) və poliandriya (1 arvad və çoxlu sayda ər).
Poliandriyaya Tibetdə arada indi də rast gəlmək olur. Adətən də qardaş poliandriyasına. Bu zaman bir xanım po-bratski bütün qardaşların həyat yoldaşı sayılır. Belə olan surətdə o, saat əqrəbi istiqamətində, növbə ilə bütün qardaşları yola verir və bu növbə söhbətinə də çox ciddi surətdə riayət olunur. 3-cü qardaş evə gələndə görsə ki, 2-ci qardaşın otağının ağzında başmaqtayı var, bu, diplomatik dildən tərcümədə o deməkdir ki, evin həmarvadının başı 2-ci qardaşa qarışıb, onları narahat etmək olmaz, əks halda sboy gedə bilər.
Ailəbazlıq olmasın deyə mərhəmətli Tibet qadını həm də onun həyat yoldaşıyla qohumluq əlaqəsində olmayan kişi xeylağına da arabir “hə” deyə bilər. Amma qiryətdi ərinin icazəsi ilə. Və ya bir neçə dost and içərək özlərini spunzla (can brat) elan edib bir xanımı özlərinə həyat yoldaşı seçə bilərlər.
Əgər bir neçə qardaş ümumi arvada sahib olurdularsa, bu zaman arvadı ancaq böyük qardaş seçə bilərdi və yalnız 1 dəfə xınayaxdı-toy mərasimi keçirilirdi. Qalan qardaşlar da bu seçimi qəbul edirdilər.
Belə kütləvi qiryətdi nikahdan dünyaya gələn körpələr ümumi övlad sayılmırdılar. Uşaqlar yalnız böyük qardaşın övladı sayılırdı. Elə məhz böyük qardaşın istəyi ilə də nikah ləğv oluna bilərdi. Amma digər qardaşların razılığı ilə.
Amma demokratiya, seçim azadlığı sayəsində öz torpaq sahəsi, evi olan bu qardaşlardan hər biri nə zamansa tamam başqa xanımla da ailə qurub bu mehriban ailədən ayrıla bilər. Belə olan halda avtomatik ümumi arvaddan və mal-mülkdən əlini üzməlidir təbii ki.
Poliandriya geniş yayılmayıb. Az sayda yalnız ucqar kəndlərdədir. Buna da səbəb əmlak bölgüsünün ailənin maddi durumunun zəiflətməsinin, ailə üzvlərinin səfalət və aclıq içində yaşamasının qarşısını almaq idi. Bu minvalla ümumi təsərrüfat sayəsində yaşam tərzləri də qənaətbəxş olur.