Erkək topi antilopu ərazisinə daxil olan və anasına “mama” deməyə hazır olan dişi antilopu min cür hoqqayla öz yanında saxlamağa çalışır. İlk olaraq sıravi centlemensayağı diqqət əlamətləri göstərir. Görəndə ki, dişi bunu it yerinə qoymur, keçir «B» planına, başlayır yalandan fınxırmağa. Dişi də “Get anava, bacıva fınxır” demək istəyəndə nəsə qəfil qorxuya düşür, fikirləşir ki, bəlkə yaxınlıqda pusquda durmuş şir, giyena var, ona görə erkək əl qatıb özünə? Gedir moşennik erkəyin yanına ki, “Qoru məni, topi!”
Tay sonra da vəziyyəti başa düşüncə artıq iş-işdən keçmiş olur. 7-8 həftədən sonra da durur gedir UZİ-yə.
P.S. Gül kimi romantik fotonu yenə yazıyla zay elədim. Fotoda qolboyun olanlar topilərdi.