Adam küçədə-bacada fil cütlüyü, böyürlərində də körpələrini görəndə eyni açılır ki, əcəb ailədi. Əslində isə onlar heç də ailə deyillər. Çünki erkək fil ömrü boyu bir həyat yoldaşının balağından tutub dayanmır. Bəlkə də istəyərdi dayansın. Amma alınmır. Çünki dişi fil hamiləlik dövründə və övlad dünyaya gətirdikdən sonra təqribən 3 il müddətinə ər-filan hərləmir, başı balasına qarışır. Kişi də bir müddət sonra əlimyandıya düşüb buraxır özünü, gedir başqa dişi axtarmağa.
Bu cür qısamüddətli evlilikdən əvvəl erkək fillər sürüdən ayrı yaşayırlar. Elə ki görürlər hansısa dişinin göz-başı qaynayır – gəlirlər elçiliyə. Bir xeylaq ismətliyanə vaxt keçirəndən sonra dişi nəhayət sürüdən ayrılıb qoşulur təzəbəyə. Gedirlər gözdən uzaq yerə romantik vaxt keçirməyə. Amma yenə də bir neçə həftə xortumları xortumlarına dəymir. Günlərin bir günü dişi ismətini tullayır savannanın bir küncünə və bir də onda ayılır ki, artıq hamilədir. Həmin moment kişiylə sağollaşıb qayıdır ata evinə. Davamını da artıq bilirsiz.