Dəvədəlləyimizin toy mərasimi əminliklə onun ikinci eybi sayıla bilər (birinci eybi – cəmi 1 ədəd qulağının olmasıdır). Daha doğrusu, dişi dəvədəlləyinin eybi, erkəyinsə – acınacaqlı taleyinin kuliminasiyası.

İki gənc dəvədəlləyi tanış olub ailə qurmaq qərarına gəlirlər. Qərara gələndən 1-2 saniyə sonra da övlad eşqiylə alışıb-yanmağa başlayırlar və keçirlər iş başına. Məclisin qızğın momentində gələcək anaya qəfil aclıq hissi gəldisə – təzəbəyin eşşəyi öldü. İştah ona həmlə edəndə biçarə erkək gəlinin baxışlarından söhbəti tutur ki, nəsə bu baxışlardan qan iyisi gəlir. Elə ibrətamiz intonasiyayla “Utan, 6 dəqiqənin gəlinisən, ayıb ols…” deyən moment sözü ağzında qalır.

Dişi dəvədəlləyi 180 dərəcə başını fırladaraq təzəbəyin başını qoparıb yeyir.
Amma mətanətli erkək dəvədəlləyini qısamüddətli həyat yoldaşının bu namərdyanə hərəkəti usandırmır. Yarı rəhmətə getmiş vəziyyətdə də o, gələcək körpələrini düşünür, prosesi elə başladığı ritmdə davam edir. Başsız ola-ola. Dişi? Qram vecinə də olmur ki, ailəni başsız qoyub.

Hətta proses vaxtı dişi acmasa belə bu heç də o demək deyil ki, erkək olmayan papağını göyə ata bilər. Haqq-hesab bitəndən sonra erkək hələ də salamat qalıbsa, mütləq özünü ölülüyə vuracaq. Bilir axı o vəhşi qızı vəhşi cansız nəyəsə tamah salan deyil. Bir az elə ölü vəziyyətdə qalır, ta ki, kişinin qızı durur gedir UZİ-yə, bu da həmin an yavaş-yavaş cırır aradan.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir