Qızılı şayner balığı var. Günlərin bir günü anası bezir onun ev qızı obrazından.
– Ay bala, arada balkona zada da çıx, bəlkə qonşuluqda bir imkanlı gədə görüb bəyəndi səni?!
– Mama, sən hansı zəmanədə yaşayırsan? İndi balkonda-malkonda, marketdə-zadda qız seçmirlər. Dərinə getsək – ümumiyyətlə seçmirlər. Qız özü seçir.
Ananın şokdan protezi düşür ətəyinə.
– Mentalitetin kişnəsin, qızım, necə yanı özü seçir?
– Ay ma, özüm demirdim, bilirdim ki, həşir salacaqsan. Bir moment də var, amma söz ver ki, səsivi başıva atmayassan! Biz dişi şayner balıqları bir erkəklə kifayətlənmirik. Təbiət belə yaradıb. Özün belə olmamısan ki?
Ana görür ki, qızın hər şeydən xəbəri var, bütün eyiblərini açıb-töküb ismətli ana obrazını ağlar qoydu.
– Nə bilim, ay bala, huş qalıb ki? Dünən yediyim qurd bu gün yadımdan çıxır…
Bunu eşidən qız lap sırtıqlığına salır.
– Mən yadına salaram. Yəqin hiss eləmisən ki, biz belə çox qəribə balığıq. Xalxın balıqları kimi bizim erkəklər toxumlarını dənizə səpələyib getmirlər. Adam kimi cütləşirik. Yadına düşür, deyəsən, yavaş-yavaş… Biz dişilər isə ümumiyyətlə kürü (yumurta) zad qoymuruq. Elə birbaşa doğub nəsil artırırıq. İndi prosto cütləşməylə yumurtaların mayalanması prosesi arasında bir neçə ay ola bilər.
– Kişi külbaş da oturub gözləyir?
– Deyirəm də, hövsələn olsun. Gözləmir. Bezir gözləməkdən və erkəklərin reproduktiv haqq-hesabları “yuxuya gedir”.
– Bir gün saxlamaram eləsini!
– Elə saxlamırıq da. Nə bilək bu bircə dəfədən ana ola biləcəyik, ya yox? Buna görə də məcburuq neyləyək? Bir neçə erkəylə bayatı deyək. Belə olan halda biz yalnız 1 əri olanlardan daha çox uşaq dünyaya gətiririk. Məcburuq, bəxtəvərlikdən eləmirik bunu. Sığortalayırıq bir növ özümüzü.
Ananın üzgəci üzündə qalır. Qız da “Vot!” deyib gedir kişi tapıb təcavüz eləməyə.