Bu gün Abaya gölünün həndəvərində məskən salan Dorze qəbiləsi ilə tanış edəcəm sizi. Lap əvvəllər döyüşkən xalq olublar. Amma indi abırlarına qısılıb toxuculuq, kənd təsərrüfatı ilə məşğuldurlar. Ümumiyyətlə isə bu səfərimdə gördüyüm 5 qəbilədən müasir həyat tərzinə ən çox uyğunlaşanı elə bu dorzelər idi.
Qəbilədə nələri gördük?
1. Dorzelərin ənənəvi evi;
2. süni banan ağacından hazırlanan pendir qoxulu lavaşın ərsəyə gəlmə prosesi;
3. Dorze kəndlərindən ən böyüyünün görüntüləri;
4. toxuculuqla bağlı məlumat;
5. sarımsaq arağının dequstasiyası;
6. məktəbləri.