Çinli turist Çjan durub gedib Tibetə istirahətə. Orda da “Guzang Shuhua Inn” otelini (foto) seçib ki, bu deyqa keyfə baxacam. Yıxılıb 3 saat yatıb oteldəki nömrəsində. Daha çox yata bilərdi. Amma otağdakı biədəb qoxu buna imkan verməyib.
Çjandan soruşanda ki, bəs 3 saat yatanda o qoxu yox idi? Deyib ki, var idi, prosto elə bildim ayağımın iyidi. Görüb ki, ayağı lap o qədər iy vermir, deyib yəqin küçədəki çörəkbişirmə sexində nəsə sboy gedib. Nə isə, özündən 1 buket səbəb fikirləşə-fikirləşə 3 saatı yola verib. Sonra day dözəmməyib.
Şikayət edib. Gəlib yoxlayıblar. Sən demə, Çjanın çarpayısının altında… meyit varmış. Cinayətkarı axtarıb hansısa qatarda tapıblar. Üstündə qurbanının vəsiqəsi, telefonu, bank kartları da olub.
Adam hadisəylə bağlı sosial şəbəkədə paylaşım edib. Otelin rəhbərliyi də at kimi üzünə durub ki, belə şey olmayıb. Bu da hirslənib daha çox yerdə paylaşıb.
Çin atalar sözü: “Çarpayı altına baxmayan ayağını iyləyər”.