Bəyənməyənlər, niyə xoşlamırsız ki onları? Baxın, gözəllikdi! İnsana da dəyib-dolaşmırlar. Hələ bər-bəzəklərinə!.. 30-ca santimetrlik boy-buxunu olan Mvanza aqamasıdır bu növ. Tanzaniya, Uqanda, Keniyada məskən salıblar. Amma Avropa və Amerikada da çox populyardılar. Hörümçək-adamın rəngində olduqlarına görə.
Erkək fərdləri olur belə rəngarəng. Amma hürkəndə rəngləri qaçıb monoton solğun bir rəng alırlar. Dişisinə videoda baxa bilərsiz.
Bəzən onları ev heyvanı kimi də saxlayırlar. Yetər ki, onlar üçün əlverişli olan temperatur və qida ilə (çəyirtkə, yer qurdları) təmin olunsunlar.
Videodakı aqama oteldə hovuzun kənarında daldığım allı-güllü xəyallarımı daha da rəngarəng etdi. Sərinlənmək üçün özünə yuva qazırdı tələm-tələsik. Məni özünkü bilib qorxmurdu, amma kənardan kimsə gələndə cəld qaçıb gizlənirdi. Sonra yenə qayıdıb işinə davam edirdi.
Mən sevdim onları. Siz də sevin.