İl ərzində 500-dək insan begemot dişdəminin qurbanı olur. Dişdəm gücü də, maşallah, 124 atmosfer (128 kq)! Allah üzümüzə baxıb ki, begemot vegetariandı hələ. Bəs niyə öldürür?
Görmə qabiliyyəti zəifdi və təhlükə hiss etdiyi hər bir canlıdan o dəqiqə gözü su içmir. Yanında cuppulu begemot varsa, qarşı tərəf üçün təhlükə daha da artır.
Qurban siyahısında ən çox onun ərazisinə soxulan it-qurd olur (biri elə mən), əsasən də balıqçılar. Onlar, videodan da göründüyü kimi, ümumiyyətlə adam yerinə qoymurlar begemotları.
Arada 4 tonluq cüssələrini götürüb (boylari 1,65 m, uzunluqları 3-5 m) otlamaq üçün yaxınlıqdakı tarla-bostana təşrif buyururlar, həmin an da kimləsə kəllə-kəlləyə gəlib o biri üzlərini göstərə bilərlər. Qurudakı sürətləri də saatda 30 km.
Bir siyənək köpək balığı vardı (indi olmasın), uzunluğu 3 m. Yazıq yolunu azıb Nil çayıyla gəlib toppuş begemotu görüb iştahına güc gələ bilməmişdi, cummuşdu ki, dişinə çəksin onu. Begemot da götür onu, çıxar sahilə, tapdala öldür.
2014-cü ildə Nigerdə çayın o biri tərəfində yerləşən məktəblərinə yollanan 18 şagirdin qayığına hücum edən begemot onlardan 12-sini parçalamışdı.
Begemot görəndə səhlənkarlıq eləmiyin, muğayat olun e özüvüzdən.