İşğal dövrü ərzində (1997-2001-ci illərdə) öz diasporlarının maddi dəstəyi ilə Ağoğlan məbədində “restavrasiya” işləri aparıblar guya. Pəncərələrindən boylanıb əlləri hara çatıbsa – qriqoryan xaçları cızıblar. Abidənin divarında əks olunmuş yazıları korlayıb və siliblər. Hətta bəzi tarixi simvolların və ornamentlərin formalarını dəyişdirərək tanınmaz hala salıblar. Ümumi giriş qapısının önündə gətirdikləri xaçdaşları basdırıblar. Məbədin ətrafına 4 qəbir daşı düzülüb və təmir olunaraq öz kilsələri kimi təqdim edilib. Guya xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsini abidənin divarlarının müxtəlif yerlərinə bərkidiblər.

Alban xristian dövrünə aid çoxsaylı məzarların nümunələrini də dədə malı kimi ABŞ-da radiokarbon analizlərə də cəlb ediblər. Nəticələrdə nəsə hay izi-tozu olmadığına görə məlumatları məxfi saxlayıblar.

Ağoğlan məbədi Laçın-Minkənd şose yolunun 30-cu kilometrliyində, Ağoğlan (Kosalar) kəndində yerləşir. V-VI əsrlərdə əsası qoyulub.

İşğal illərində qeyri-qanuni olaraq Ağoğlan monastırının interyerində də o ki var dəyişikliklər edilib. Altar hündürlüyünü dəyişərək mərkəzi hissəyə yeni postament yerləşdiriblər. Abidənin üst örtüyünə öz xarabalarında istehsal olunan qırmızı rəngli kirəmitlər döşənib, abidə üzərində yerləşən zəng qülləsinə metal xaç asılıb.

44 günlük Vətən müharibəsində Laçın rayonunun qaytarılması üçün ayrılmış zaman çərçivəsində kompleks ərazisindəki maddi-mədəniyyət nümunələri daşınıb aparılıb.











Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir