Masai qəbiləsindəkilərin Adamu rəqsi unikaldı. Özlərindən başqa dünyada heç yerdə bu fason rəqs edən yoxdur. Özü də Afrikada yeganə qəbilədir ki, rəqs zamanı təbillərdən istifadə olunmur.
Əsas məsələ minimum 1 metr hündürlüyə kimi 10-15 dəfə tullanıb ahəstə-ahəstə yerə düşməkdir. Əzəldən bu rəqsin məqsədi kişinin potensial həyat yoldaşı qarşısında öz güc və bacarığını göstərmək olub. 1 metrdən aşağı tullanan kişinin subay qalmaq ehtimalı da bir xeylaqdır.
Özü də eləcə tullanıb-düşməklə iş bitmir. Tullanan zaman hərəkətlərin tempi musiqi və ifaya da uyğun olmalıdır.