1700-dən çox növü olan Gerridae həşəratı var. Bunlardan 10%-i suda yaşayır. Erkəklərinin qəlbləri çox kövrək olur. Xətirlərinə dəyəndə o dəqiqə inciyirlər və hərəkətlərinə “atviçat” olmurlar. Əsasən də evlənmək ərəfəsində.

Ümumiyyətlə kiməsə nəsə barədə xəbərçilik etmək istəyəndə, ya eləcə ürəyləri darıxıb söhbət etmək istəyəndə, suyun üzərində yüngülvari dalğalar yaradaraq siqnallar göndərməyə başlayırlar. Ana təbiət bu imkanı onlara verəndə heç ağlına da gətirmirdi ki, bu xırda həşəratlar dalğa yaratmaq söhbətindən sui-istifadə edəcəklər.

Elə ki, evlənmək vaxtı çatır, durub gedir dişigilə. Dişi bunu forsuna yaraşdırmayıb “Get dalğalat tayıvı tap” deyəndə erkəyin səmimi-qəlbdən cin vurur təpəsinə. Çəkilir bir qırağa və başlayır həmin o dalğalardan yaratmağa. Əsəbindən yox, hikkəsindən. Çünki həmin dalğalar o dəqiqə ətrafdakı balıqların diqqətini cəlb edəcək və basıb yemək üçün üzəcəklər bunlara sarı. Gəlib çıxanda da menyularının ilk bəzəyi forslanan və daha zəif dişi olacaq.

Dişi görür ki, erkək uje gicdədi, tez əl-ayağa düşüb başlayır ki, sənə demirdim e, dəlisən? Sən fərqlisən, zorsan. Gəl bura! O da dalğalandırmağa stop deyib gəlir və beləcə ailənin təməli qoyulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir