Araneomorf hörümçəklər sinfinin Pisauridae növü var. Əliaşağı vaxtları çox olur. İndi o da bir ananın oğludu. Əliaşağı vaxtlarında da nəsil artırmaq həsrəti onu tərk etmir. Dişilərin xasiyyətinə də bələddi axı, bilir ki, bir kopaqqızı onu əliboş qəbul eləməyəcək. Qalıb neynəsin. Qəfil beyninə sanballı start-up ideyası gəlib.
Ölüm-zülmlə bir milçək ölüsü tapır. Onu qəşəngcə öz torunda qablaşdırıb qoyur iPhone qutusuna. Üstünü də o ki var skotçlayır möhkəm-möhkəm, bir dənə də bantik vurub yollanır dişigilə. Dişi də bu moment sübh yır-yığışında idi. Qutunu görüb əlindəki süpürgə-şvabranı vızılladır bir kənara, çolkasını düzəldib atır özünü gədənin qabağına ki, a hardaydın, 100 ildi görmürdüm səni, adam bir arada Allahın sms-ni yazıb hal-əhval tutar da, ay yaramaz. Kstati, əlindəki nədi?
Gədəyə də elə bu lazım idi. Deyir ki, kor qalasan, bahalı hədiyyədi, özü də sənə. Ümid edirəm bəyənə… Sözü ağzında qalır, görür dişi artıq eşir qutunu. Qız qan-tər içində skotçları açmağa başı qarışınca gədə gözünə döndüyüm cəld onun 1 adını 2 eləyir. Qız elə skotçun axırıncı qatını açırdı ki, bu moşennik həyatdan razı halda qamarlayır qutunu onun əlindən və fitilləyir gedir. Qızın şokdan çolkası biz-biz olur, amma nə fayda? O artıq poçti bir anadır.
Erkək qopan skotçları bərpa edib yollanır növbəti dişigilə. Beləcə neçə-neçə dişinin başını aldadır. O vaxta qədər ki, qutunun şıntırı çıxır.
Bu yenə yaxşıdı. Bəziləri milçək də axtarmağa ərinirlər. Onun əvəzinə balaca daş və ya kiçik ölçülü bitkini qablaşdırıb aparırlar. İş-işdən keçəndən sonra hətta bu cür qutunu da özləriylə aparırlar ki, bir də qablaşdırmağa əziyyət çəkməsinlər.