Philanthus basilaris (“qurd arılar” və ya “ovçu arılar”) növlü arıların həyatında qırğının biri bir qəpikdəndir. Əsasən də, həmişə olduğu kimi, erkəklərin taleyi itin günündə olur.

Yazıq erkək dişidən tez doğulur ki, gəlinbacının “həri”sini almaq üçün eksklüziv ərazini hazırlasın, silsin-süpürsün, yüngülvari oboy-zad yapışdırıb qapısına da qırmızı bantik bağlayaraq əyləşib xanımı gözləsin.

Xanım da doğulur, əsnəyə-əsnəyə krovatında şellənən moment anası gəlib bir təpik vurur ona ki, get ər axtar. Qızın mitili müvəffəqiyyətlə bayıra vızıllandıqdan sonra məcbur olub gedir kişi haraylamağa.

Gəlib çatır erkəyin ərazisinə. Elə ağzını açıb “Sizin bürcünüz nədir?” soruşasıyı gəlir ki, bir də görür başıaşağı erkək bunun bir adını iki eləyir. Erkək spermatoforlarını ötürəndən sonra dişi “Səni mələdəcəm!” deyib uçur gedir evinə. Elə qapıdaca anasının üzünə tüpürüb keçir otağına.

Gədənin spermatoforu dişinin spermateka adlanan yerində həftələrlə, hətta aylarla dondurulub qala bilər. Sonradan dişi başa düşür ki, day iş-işdən keçıb, başlayır balaları üçün yuva qurmağa. Sonra yumurtaların yalnız bir hissəsini mayalandırır və belə yumurtalardan da ancaq dişilər çıxır. Qalanlarından – erkəklər (qırtqanadlılarda “haplodiploid mexanizmi” adlanır bu).

Bundan sonra kinli dişi durur gedir qaynanasıgilə. Ədəb-ərkanla “Nə yemisüz? Turşulu aş!” deyib cumur erkəylərin üstünə. Əlinə keçəni iynələyib iflic edir. Sonra da sürütdüyüb gətirir yuvasına, səliqəli şəkildə döşəyir onları parketə ki, balaları sveji ətlə qidalansınlar aram-aram.

Balalar da “Ana müqəddəsdir!” deyib tələsmədən dədələrini, bibioğlu, xalaoğlularını, onların digər erkək qohum-əqrabalarını diri-diri yeyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir