– Salam, ay doxtur. Kişilərə də çarə qılırsız?

– Kişi? İnşallah ki, özüvü nəzərdə tutmamısan.

– Özümü tutmuşam. Rəngim bir az niseryoznudu, bilirəm. Amma mən də bir ananın oğluyam. Rəngbərəng olmaq hələ heşzad…

– Səsin başıma düşdü. Dərdivi de, səallah. Kişi e!..

– Mən Şotland kəkliklərindənəm. Açığı, məndə narahatlıq yaradan özüm yox, bizim qızlardı.

– Qızlarıvız şikəstdi? Özləri niyə gəlməyib, bubbbbboyda kişini göndəriblər?

– Onların vecinə deyil. Mənim vecimədi. Belə baxırsan – nərmə-nazik kadın xeylağıdılar, amma özlərini at balaxanım kimi aparırlar. Bir balaca nəsə nastroyeniyaları olmadısa – tezbazar havaya qalxıb başlayırlar bir-biriləriylə cırışmağa. Bu nə aqressiyadır? Bəlkə mənim üstümdədi bu qırğın?

– Səallah? Ağlıva ancaq bu versiya gəldi, eləmi? Ay… kişi, qırğın varsa da, bu məhz səndən ötrü də olmaya bilər. Qırğın daha ciddi şeylə bağlı ola bilər, məsələn, ev üstə.

– Niyə e? Öz gözlərimlə görmüşəm, qonşu məhlədə tritonlar kişi üstə qırğındaydılar.

– Bikarçılıq üzüb deyəsən səni, qonşuları güdürsən. Bəli, dişilər kişi üstündə də dava edə bilər. Xüsusən də kişi qıtlığında. O qonşun tritonlarda sezon başlayan kimi dişi fartukunu açıb vızılladır bir kənara, çıxır balkona, məhlədəki bütün erkəklərə müraciət edir ki, quzu kəsərəm hamınıza optom, növbəylə gəlin, xala sizə qulluq eləsin. Amma erkəklərin “resursu” məhduddur, tez tükənir. Nəticədə də xaos yaranır, taqətsiz erkəklər aradan çıxmağa üstünlük verirlər. Qız uşağı qalmış dişilər əlimyandıda cütlüklərin arxasınca düşür, spermatoforu oğurlamağa çalışır. Yəni romantika mələr qalır, əməllicə reyd başlayır. Mövsümün sonuna doğru kişini it yerinə qoyan olmur, qalırlar ortalığda, çünki dişilərin başı yumurta qoymağa qarışır.

– Kəkliklər şükürlü imiş ki…

– Kəklik demişkən. Məndən sənə bir bacı məsləhəti: evdə qalmaq istəmirsənsə, get çəkivi artır. Sizdə “yaxşı kişi” qıtlığı var. “Yaxşı” deyəndə də balaca, toppuş erkəkləri nəzərdə tuturam. Niyə? Çünki sizdə əsas iş – qırt düşmək erkəyin vəzifəsidi. Bu da ciddi işdir. Mövsümün sonunda erkək arıqlayır, zəifləyir. Ona görə xanımlarınız toppuş erkəyə daha çox üstünlük verirlər, çünki toppuş daha çox dözür, daha yaxşı qızdırır, nəticədə dişi daha çox yumurta qoya bilir. Yəni birdən bunu sevgi, romantika zad bilib ürəyin gedər – yox! Dişilər üçün bu strateji investisiyadı.

– Toppuşu başa düşdüm. Bəs niyə balaca?

– Çünki balacanın kökəlməsi daha asandı. Ona görə də sənin ətrafında dava düşürsə, deməli, sən “premium paket”sən.

– Vsyo-taki məndən ötrü də dava düşə bilər də…

– Şəxsən mən 78 il subay qalsam da üzüvü baxmazdım.

– İt kimi peşmanam qəbuluvuza gəldiyimə görə. Sağolun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir