10-40 primatdan ibarət bu qrupda 1 ailə başçısı erkək olur. Dişilər elə doğulduqları qrupda yaşayırlar ömür boyu. Gədələrsə 5-6 yaşına çatan kimi ataları tolazlayır onları bayıra. Onlar da ya gedib tək yaşayırlar, ya da o biri özleri günündə olan qovulmuşlarla “subaylar qrupu” yaradıb vaxtlarını gözləyirlər. Vaxt vədə yetişəndə də gedib başqa bir ailənin dominant erkəyinə meydan oxuyur, onu qovur, özü də olur başçı.

Ərə getmək-evlənmək söhbətində təklif həmişə dişidən gəlir. Gedir dominant erkəyin yanına ki, muştuluğumu ver, evlənirik. Erkək özünü karlığa-korluğa vuranda, dişi başlayır başıyla xüsusi hərəkətlər eləməyə, sortbasort üz mimikaları göstərir, axırda da diliylə deyir ki, gəl day!

Qrupdakı dominant erkəyin bibelə dişiylə cütləşməkdən uje mitili çıxanda, kənarda tək yaşayan və ya subay qruplarda olan erkəklər bunu hiss edib gizlincə (bəzən də dominant erkəyin gözü qarşısında) qrupa daxil olurlar. Dişiləır də “Təzə mal gəlib!” deyib sevincək cumurlar bunların üstünə. Cütləşmə mövsümü bitəndə “Rayonda vacib iş çıxdı” deyib yenidən qrupu tərk edirlər bu erkəklər.

Uşaqlar da dünyaya gələndə nəsillikcə onun qayğısına qalırlar.

Ağlıvıza da pis-pis şeylər gəlməsin, adları ona görə belədi ki, işıq düşəndə xəzlərində göyümtül rəng çaları bərq vurur. Ona görə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir