Adam bu erkək kaftarlardan (giyena) oxuyanda lap ürəyi ağrayır. O “Sən Allah, 2 dəqiqə uşağa bax, indi gəlirəm” deyib uşağı erkəyin üstünə vızılladıb bütün günü ağacda şıllaq atan dişi İmperator tamarininə (http://travelstory.az/?p=935), “Başaa dönərəm, gözüü yum, sənə sürprizim var” deyib kürülərini mayalanmaq üçün cəld erkəyin torbasına doldurub özü aradan çıxıb kişisini doğmağa vadar edən dəniz atlarına (http://travelstory.az/?p=906), “Bir uşağa görə durub sənə ağız açacağdım elə!” deyib özü-özündən hamilə qalan məğrur Komodo varanına (http://travelstory.az/?p=898) baxanda bu giyenaların erkəyləri əməllicə zavallıdılar.

Təsəvvür edin, dişi giyena elə-belə, səbəbsiz, prosto mırta gəlib erkəyin başına qapaz da vura bilər, dişləyə də bilər (o da elə-belə), bekarçılığdan erkəyi ümumiyyətlə sürüdən qova da bilər. Allahın cütləşmə prosesi nə olan şeydi ki, o da dişi qərar verdikdən sonra baş tuta bilər! Bildik e matriarxatdı, amma lap belə də yox da.

Dişi fərdlərin ölçüləri də daha böyük olur, aqressivlik dərəcəsi də. Dəstənin ən ləyaxsız dişisi belə erkək fərddən üstün sayılır. Görəsən, niyə?

Dişilərin qadın hormonu (estrogen) formalaşma etapındaca fikrini dəyişib olur kişi hormonu (testosteron). Elə buna görə də bu cür əzələli və aqressiv olurlar. Soruşa bilərsiz ki, erkək fərdlərdə də testosteron var da, özü də zavodskoy, bəs niyə onlar belə başıqapazlıdırlar ki? Sən demə, bu hoqqalardan sonra dişilərin orqanizmindəki testosteron erkəklərdəkindən daha çox olur.

Ən vahiməli şey də dişi fərdlərin (böyüklərdən, kiçiklərdən, dünya ictimaiyyətindən üzr istəyirəm) zahiri görünüşcə erkək fərdlərinkindən heç də fərqlənməyən cinsi orqanlarının ölçüsü belə erkəyin zadından daha iri olur. Lap ürəyim ağrıdı.  Siqaret çəkim, gəlirəm.

Onu deyiridm axı, erkək giyenalar qidanı da ən axırda yeyirlər. Yeyirlər deyəndə ki, ən axırda yeməyə icazə verirlər. Onların statusu sürüdəki körpə giyenalardan belə aşağı sayılır. Körpə demişkən, xallı giyenaların doğuş prosesi özlüyündə çox ağır keçir və doğulan ilk körpə, demək olar ki, həmişə ölür. Onun missiyası ondan sonra doğulacaq balalar üçün doğuş yolunu rahat etməkdən ibarət olur. Şərait yaradır bacı-qardaşlarına və ölür.

P.S. Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)
P.S.S. Giyenalar haqqında daha ətraflı – http://travelstory.az/?p=463

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir