Gəlini tərəfindən cehizlik xrustal stəkanı sındırıldığından sifəti çönən qaynana tipli balığımız. Adı da Qırmızıdodaq yarasa balığı (tilovkimilər dəstəsi).
Qalapaqos adalarının sularında gəzir. Bəli, gəzir. Suyun dibində. Bunun üçün də döş üzgəclərindən istifadə edir. Ev-eşiyi 3-120 metr dərinlikdə olur. 20 santimetrlik boy-buxunlu bu balığın dodaqlarının rəngi hələ də alim qardaşlara çatmır. Dəqiq bilmirlər bu al rəng nəyə…
