O gün yolum Azərbaycanın ən mistik və düşündürücü abidələrindən birinə, Qobustan rayonundakı Diri Baba türbəsinə düşdü. Fotolar öz yerində, amma hekayəsi şəkillərdən də dərin imiş…

Rəvayətlərə görə Diri Baba dövrünün zahidlərindən, dərvişlərindən biri olub. Dünyəvi həyatdan uzaqlaşıb, ibadəti, tənhalığı seçib. İnsanlar onun müqəddəs və pak bir insan olduğuna inanırmış.
Vəfat etdikdən sonra da uzun müddət cəsədi çürüməyib. Elə buna görə xalq arasında ona “Diri Baba” adı verilib.

Məkanın mistikasını gücləndirən şey onun qayanın içində, havadan asılı kimi görünməsidi. XV əsrə aid bu abidə elə bil insanı səs-küylü dünyadan ayırıb başqa bir zamana aparır.

Əgər yolunuz ora düşərsə, tələsməyin. Bir az dayanıb baxın… Diri Baba əfsanəsinin niyə bu qədər yaşadığını hiss etmək üçün.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir