Qapazaltı Coelopidae milçəyi

- Salam, ay doxtur. Mən Avstraliya övladıyam, adım da Coelopidae milçəyi. Müasir ponyatkalıyam. Bilirəm ki, qız “yox” dedisə - qır-saqqız olmadan rədd olub getmək lazımdı. Qızlarımız amma elə deyil. “Yox” eşidib ürəyimdə “Qara ox!” deyib ədəb-ərkanla uzaqlaşmağa çalışanda bir də görürəm bu qız dediyim üstümə hücum eləyib mitilimi salır. Dözülən dərddi? Yox! Mənə çatmır bu…

Davamı

Su səthinin ən zəhərli varlığı

Planetimizin səthinin 70%-ni su təbəqəsi tutur. Bilirsiz bu təbəqənin ən zəhərli varlığı kimdir? Deyirəm. Ümumiyyətlə "qutucuq meduza" deyəndə ağlınıza nə gəlir? Bankada saxlanılası ya da qurudulub broşka əvəzi taxılası başıaşağı, Allahın dilsiz-ağızsız meduzası? Yaxşı, bəs "dəniz arısı" deyəndə? O biri adıdı. 2-ci addan amma nəsə bir balaca qan iyi gəlir elə bil. Əslində isə bir balaca…

Davamı

Aldanmış və əliuşaqlı possum

Avstraliyaya Avstraliyalıq verənlərdən biri olan tülkükimi possumların (və ya fırçaquyruqların) toy sezonları daha çox yaz və payız aylarına təsadüf edir. Ərazidən asılı olaraq digər aylarda da vurçatlasın olur. Toy ərəfəsində dişilərin beyinləri çönür, erkəyi 1 metr məsafədən yaxın buraxmırlar. Yazıq erkək də neyləsin? Aferistliyə əl atır. Bala possum səsi çıxarmağa başlayır. Kövrək qəlbli dişi də "Anan…

Davamı

2023-cü ilin TOP-10 çimərlikləri

Məşhur Tripadvisor platforması dünyadakı çimərliklərin TOP-10-luğunu müəyyən etmək üçün öz istifadəçiləri arasında sorğu keçirib. Sizin də bir ayağınız oralarda olduğu üçün siyahıyla tanış etməyi qərara aldım. 2023-cü ilin nömrə 1 çimərliyi Braziliyadakı "Baía do Sancho" seçilib. Fernandu-di-Noronya adasındakı, yadınıza düşdü yəqin. Firuzəyi suyuna, qorunub saxlanmış ekomühitinə və sualtı biomüxtəlifliyinə görə seçiblər buranı. Bu sularda krablar, delfinlər,…

Davamı

Erkək emu quşunun ailə dramı

Faunada dişilər tərəfindən heyvan yerinə qoyulmayan erkəklər çoxdur. Yadınıza gəlir, zülmlə ev tikib qarşısında şilküt olunca rəqs edib dişinin "həri"sini almaq üçün şıllaq atan cənnət quşu? Dişi də axırda gəlib "pff" eləyib uçur gedir. Ya da dəvədəlləyi: kişiylə min oyundan çıx, ən romantik momentdə də tut yazığın başını ye… Biçarə erkək dəniz atı hələ!.. O…

Davamı

Ata gücə düşür ölür, ana da gah oğullarını yeyir, gah qızlarını…

Sizə məzəli bir ailədən danışacam. Ata gücə düşür ölür, ana da gah oğullarını yeyir, gah qızlarını. Qəhrəmanımız Avstraliyada yaşayan qəhvəyi antexinusdur. Bilirsiz də, Avstraliyada kisəsi olmayana pis baxırlar. Bunda da var o kisədən. İş elə gətirib ki, erkək fərdləri 1 il, dişiləriysə 2 il-filan yaşayır. Məşəqqətli həyatının ilk 10 ayını erkək özünə qulluq edir: yeyir, içir,…

Davamı

Qoz boyda beyinli, amma dünyalar qədər şirin koala

Çoxları elə bilir koala da ayının hansısa bir növüdür. Ayı filan deyil. Ayıyla ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Bir balaca yaxın fason qohumu vombatdır. 🐨  Avstraliyada yaşayan koala ancaq ağacdan-ağaca dırmaşmaq üçün lövbərini tərpədib aşağı düşür. 14 kq çəkili bu kisəli ağacın ən yüksək budağlarında necə səssiz-səmirsiz yaşayırsa, hətta Avstraliyaya ilk dəfə qədəm qoyanlar da…

Davamı

Avstraliyaya avstraliyalıq verən possum

Avstraliyaya avstraliyalıq verənlərdən biri də bu cığazdı - tülkükimi possum (və ya fırçaquyruq). IX əsrdə Yeni Zelandiyaya da təyinat alanları olub aralarında. 32-58 sm-lik bədəni (quyruğu 35 sm), 2,5 kq-lıq əndamı var bunun. Xəzləri çox yumşaq və sıxdır. Elə xəzlərinə görə də bir vaxtlar yerli əhalinin əsas gəlir mənbəyinə çevrilmişdilər. Yazıqlar özü də elə astagəldilər ki,…

Davamı

Adından xəcalət çəkən quş

Bu yazığa bu cür ad yox, elə nömrə qoysaydılar ondan urvatlı olardı. Məsələn, 456 nömrəli quş. Yoxsa – kül rəngli qurbağaağız!.. Bu adı 35-53 sm-lik canla necə daşıyasan axı? Dimdiyini açanda ağzı qeyri-adi dərəcədə enli göründüyünə görə belə adlandırılıbmış. Avstraliyanın, Tasmaniyanın bənzərsiz faunasının daha bir nümayəndəsidir. Çəkiləri 1,4 kiloqramadək olanı ən toppuşu sayılır və belə harınlanmış…

Davamı