Niyə şir məni puzzle edib savannaya səpələmədi?

Bu şirciyəz 1-2 addımlığımda idi. Mənsə böyürləri, üstü açıq maşında. Sual: niyə o mənim hər tikəmi puzzle edib savannaya səpələmədi? İş orasındadır ki, avtomobilə və onun içindəkilərə o, qadağan olunmuş bir şey kimi baxır. Məsələn, tutaq ki, biz yolla gedirik və görürük ki, xalxın balkonunda 1 qazan yarpaq dolması var. Götürüb basıb yemirik. Bilirik ki, tutub…

Davamı

Niyabədlik gətirən ya müqəddəs sayılan tacdar durnalar

Durnakimilər ailəsinin 14 növü var, bilirdiz? Hər bir növü də özünəməxsusluğu ilə digərindən fərqlənir. Onların içərisində ən gözəgəlimlilərindən biri də tacdar durnadır . Vid-fasonu və həyat tərzi ilə həmdurnalılarından fərqlənir. Beynəlxalq Qırmızı Kitaba adı düşən bu durna, əsasən, Şərqi və Qərbi Afrikada yayılıb. Lap əvvəllər Avropa və Şimali Amerikada da yaşayıbmışlar. Buz dövrü gələr-gəlməz oralarda qeybə çəkiliblər. Boyları…

Davamı

Dovşansifət Kap Damanı

Bunu görəndə əvvəl başa düşmədim nədi. Sevindim ki, nadir heyvandır, bu saat şah əsərimi yaradasıyam. Mən qaçıram, bu qaçır. 1 saatacan öz dalıyca çapdırıb. Nəhayət uzun sürən tərtökmədən sonra fotolarını çəkə bildim. Özümlə bir partiya qürur duya-duya yollandım nahar yeri üçün hasara alınmış xüsusi yerə. Elə içəri daxil olan kimi görürəm bəhhhh!.. Bunlardan itivə tökdü!…

Davamı

Aslanı belə ağaca dırmaşdıran giyena (kaftar)

Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)   XALLI GİYENA (KAFTAR)   Bu biçarə heyvanın elə adı gələndə artıq adamın canına ürpəşmə düşür. Belə baxanda, düz eləyir düşür. Çünki aslanların şikarını caynaqlarından alıb özlərini isə ağaca dırmaşmağa məcbur edən, bəbirlərə meydan oxuyan heyvandır bu. Şaqqanağa bənzər çıxardıqları o səsdən adamın tükləri də biz-biz olur. Zahiri görünüşü…

Davamı

Katib quşu: ilanların qənimi

Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya) İlancıllar və ya katib quşu (rusca - птица секретарь, latınca - sagittarius serpentarius) Afrikadakı ilanların 1 nömrəli düşmənidir. Elə buna görə də bu quş yerli əhali arasında yetərincə hörmət-izzət sahibidir. Bəzi kəndlərdə zəhərli ilanlardan, siçan və siçovullardan qorunmaq üçün də onu saxlayırlar. Quşun gərək quşu olsun: hətta Sudan və…

Davamı