Dünyanın ən balaca tülküsü: fenek

Bu şəlpəqulaq fenek tülküsüdür — dünyanın ən balaca tülküsü. Özü tülkü olsa da, daha böyük ailə ilə desək, canavarın, çaqqalın, hətta evdəki itin qohumudur — hamısı itkimilər fəsiləsindəndir. Özü də həmin ailənin ən balaca nümayəndəsidir. Əsasən Şimali Afrikanın səhra və yarımsəhra ərazilərində, xüsusilə Sahara səhrasında yaşayır. Arealı Mərakeş və Mavritaniyadan Misirə, Sudana və Çada qədər uzanır. Qumlu…

Davamı

Zloy baldız baxışlı şəlpəqulağımız

Zloy baldız baxışlı şəlpəqulağımızı təqdim edirəm. Azərbaycanca buna Yarasaqulaq tülkü deyirlər. Yeri gəlmişkən, elmi adı "yekəqulaq it"dir (Otocyon megalotis). Ümumiyyətlə 23-dək tülkü növü mövcuddur. Amma bu balamız nətər unikaldırsa, ayrıca Otocyon sinfini təşkil edib və sinfin yeganə nümayəndəsidir. Afrikanın sakini olaraq digərlərindən, gördüyünüz kimi, qulağlarının ölçüsü və çaşkafason vidi ilə fərqlənir. Özü də qulaq deyilən nahiyə 13 sm…

Davamı

Ağır xasiyyətli daydayı xatırladan Tibet tülküsü

Tibet tülküsü üzdən mənə sanballı, ağır xasiyyətli daydayı xatırladır. Tüklü yaxalığının hesabına kvadratbaş kimi görsənən bu ağır ceyil əslində elə də yekə deyil: bədəni 60-70 sm, tüklü quyruğu da üstəlik 30-40 sm. Çəkisi də 4-5,5 kq. Xasiyyəti də qızıldı. Yazacam. Üz ifadəsi elə sakit və tərki-dünya olub nirvanada var-gəl edən fason olur ki, sanki bütün günü…

Davamı