2 saat, sözün əsl mənasında, çaylar-dərələr aşıb gəldik bu yerə. #Gədəbəy-in Söyüdlü kəndindəki #Mahrasa məbədinə. Adından bəlli olub ki, o, yarandığı ilkin mərhələdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınıb (“mah”ın tərcüməsi “ay” deməkdir, “rəsad” isə göy cisimləri müşahidə olunan yerə deyilir). Hətta IV əsrin əvvəllərində Albaniyada xristianlığın yayılmasına baxmayaraq, Mahrasa atəşpərəstliyin möhtəşəm məbədlərindən biri kimi fəaliyyət göstərib. Albaniyanın Girdiman vilayətinin mərkəzi məbədlərindən biri olub.
Məbədin özü erkən orta əsrlərin başlanğıcına, təxminən III – V, III – VII əsrlərə aid edilir.
Aparılan qazıntılar nəticəsində müxtəlif ölçülü qəbirlər, bəzək əşyaları, insan skeletləri, qədim silahlar, əmək alətləri və s. tapılıb məbədin ərazisində. Yaxınlığında arkalardan ibarət olan digər bir tikili də var. Oranın da karvansara olduğu ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir