Qutb Kompleksində (Hindistan, Nyu Delhi) 1600 illik dəmir sütun, 800 ildən çox yaşı olan minarə, Dehli Sultanlığı dövrünün ilk monumental islam memarlığı, yarımçıq qalmış nəhəng Alai Minar – hamısı yan-yana, eyni ərazidədi.
Marağlısı odur ki, bura:
1. Dünyanın ən hündür kərpic minarələrindən biridir
Qutb Minarın hündürlüyü 72,5 metrdir. XIII əsrdə tikildiyi dövrdə bu, mühəndislik baxımından gözəgəlimli nailiyyət sayılırdı.
2. Tikinti və bərpa prosesi əsrlərlə davam edib
Tikintisi XIII əsrin astanasında başlansa da, sonradan tamamlanıb, zəlzələlərdən sonra dəfələrlə bərpa edilib.
3. Heç bir mərtəbəsi eyni deyil
Qutb Minarın 5 mərtəbəsinin hər birinin fərqli dizaynı var.
4. Minarənin divarları kitab kimidir
Üzərində Quran ayələri, tikinti kitabələri, müxtəlif sultanların əlavələri həkk olunub.
5. Paslanmayan dəmir sütun
Kompleksdə yerləşən məşhur Iron Pillar təxminən 1600 il əvvəl hazırlanıb. Demək olar ki, paslanmaması metallurgiya tarixinin ən böyük sirrlərindən biri hesab olunur.
6. İki fərqli sivilizasiyanın izləri
Quwwat-ul-Islam məscidinin bir çox sütunlarında həm hindu və cayn məbədlərinin oyma ornamentləri, həm də islam memarlığının elementləri yanaşı görünür.
7. Tamamlanmamış nəhəng layihə
Kompleksdə Alai Minar adlı yarımçıq qalmış minarə də var. Əgər tikilib başa çatsaydı, Qutb Minardan təxminən iki dəfə hündür olacaqdı.
8. Hindistanda ilk “əsl tağ”
Kompleksdə yerləşən Alai Darwaza tikilisi Hindistanda İslam memarlığında həqiqi tağ və həqiqi günbəzin tam tətbiq olunduğu ilk tikililərdən hesab edilir.
9. 379 pillə
Bir vaxtlar ziyarətçilər Qutb Minarın içərisindəki 379 pilləni qalxaraq yuxarıdakı eyvana çıxa bilirdilər. Amma 1981-ci ildə baş vermiş faciəli izdihamdan sonra təhlükəsizlik məqsədilə giriş bağlanıb.









