Tampada (Florida, ABŞ) sahilətrafı rayonlarda yaşayanların yanvar ayının ortalarından güzəranları puç olub. Hamısına da səbəb əraziyə yayılan təbil səsləri olub. Əvvəl elə biliblər yaxınlıqda yaşayan hansısa ismətsiz qonşudu xodduyub səsi evində şıllaq atır. Başlayıblar onu axtarmağa. Tapa bilməyiblər. Hətta o tərəflərdə yerləşən hərbi hissəyə də baş çəkiblər ki, bəlkə səs ordan gəlir. Bu cəhdləri də boşa çıxıb.

Bu vaxtacan ağzına su alıb oturan dəniz bioloqu Ceyms Lokaskio artıq dözəmməyib. Alıb görək nə deyib. Deyib ki, ay millət, kitab oxumaq lazımdır, kitab! Bu səsi çıxardan Pogonias cromis balığıdır. Cütləşmə anında sevindiyindən “təbil çalır”. Axır zamanlar bu balıqların sayı ərazidə çoxalıb deyə daha aydın eşidilməyə başlayıb bu bəxtəvər çağlarının səsi.

Alimlər hətta maaşlarının artırılması üçün yığışıb bu balıqların ümumi səslərinin gücünü də ölçüblər, nəticə də sanballı olub: 150 Db! İnsan qulağı 120-140 Db-də artıq inciyir. Yazıq yük maşını belə bu gücdə səs zad eləmir (80 Db).

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir