Ali Akbar

260 articles published

Omeqa-canavarın acı taleyi

Canavar deyəndə ilk olaraq məğrur bir canlı gəlir gözümüzün qabağına. Mütləq də alfa-erkək və ya alfa-dişi obrazında. Sürüləri, adətən, qohumluq xəttinin sayəsində yaranır. Amma buna baxmayaraq iyerarxiya haqq-hesablarına çox ciddi əməl olunur, böyük-kiçik, zəif-güclü, başçı-qulluqçu-filan söhbəti həmişə nəzarət altında olur. Sürüdə alfadan (sürü başçısı) əlavə, bunun betası da var və onun ən son pilləsində omeqa-canavarı da.…

Davamı

Arıquşunun bir beləsi də varmış

Yolka oyuncağı ya pambıq parçası deyil ki. Yalnız Yaponiyanın Hokkaydo adasında yaşayan Cənubi Yaponiya uzunquyruq arıquşusudur (yaponlar ona "şima-enaqa" deyirlər, tərcüməsi də "uzunquyruq ada quşu"). Elə uzunquyruq arıquşunun 23 növündən biridir. 13-15 sm-lik ölçüləri (onun da yarısı quyruğun payına düşür), 10 qramadək çəkiləri olur. Digər arıquşularında olan qaşlar bu növün nümayəndələrində böyüdükcə yoxa çıxır, olurlar ağappaq…

Davamı

67-cə min dollarlıq keçi

Əlinizə 67.000 dollar düşən kimi o dəqiqə qaçırsız ev, maşın almağa. Xalxın kişiləriysə o pula keçi alır. Bir ədəd. Özü də Dəməşq keçisi (və ya şami). Yox, süd əvəzi "Şato Muton-Rotşild" çaxırı sağmırlar ondan. Sadəcə ekzotik vidinin sayəsində belə tutub özünü. Həm də çox məhsuldardır. Balaca olanda adam tutub çiy-çiy yemək istəyir onu. 30 sm-dək olan uzun…

Davamı

Anakonda haqqında bilib-bilmədiklərimiz

Anakonda haqqında kinolarda, sənədli filmlərdə görmüsüz - şikarını udmamışdan əvvəl ona dolaşır. Elə edəndə sümüklərini sındırmaq məqsədi güdmür ki. Çox adam elə bilir məhz sümük-qabırğa filanını sındırmaq üçün edir elə. Əslində isə sadəcə nəfəsini kəsmək üçündür o quc-quc. Bütün şikarları da məhz elə bunun nəticəsində həyatı ilə vidalaşır. Çox mübahisə edirlər anakonda daha uzundur ya piton.…

Davamı

Qocalmayan canlı

Şərqi Afrikada yaşayan Çılpaq yerqazanın şəklini görüb çoxunuz "fu" deyəcəksiniz. Tərcümeyi-halına ötəri nəzər salanda isə paxıllığını çəkib qəlbinizin dərin guşəsində həsəd naləsini xoddayacaqsınız. Razıyam, vidindən çiy sosiskaya oxşayır. Bütün günü də yerin altında yaşayır, yarım saatadək oksigensiz qala bilir. Amma onun vizit kartı qocalmamasıdır. Yer üzündə yaşayan canlılar arasında qocalmaq və uzunömürlülük nöqteyi-nəzərindən ən təəccüb doğuranıdır…

Davamı

Geniş qəlbli dəniz xiyarı

Onu ilk dəfə görən elə bilir bitkidi. Adı da, belə pis çıxmasın, dəniz xiyarıdır (və ya qoloturiya). İynədərililər sinfinə aiddir. Yaxın qonum-əqrəbaları da dəniz kirpiləri və dəniz ulduzlarıdır. 400-cə milyon il əvvəl dünyaya göz açan bu xiyarlar dinozavrlardan da əvvəl planetimizin sakini olublar. O vaxt canlı da o qədər çox deyildi. Yazıqları bekarçılıq üzmüşdü. Başlamışdılar öz…

Davamı

Biçarə zürafələrin zülmü

Zürafələrə baxanda çoxumuz nirvanalıq oluruq. Realda həqiqətən çox canlara dəyən mənzərədir. Di gəl ki zürafənin özü zülm çəkir. Zürafələr susayanda da, acanda da, hətta dünyaya gələndə də əməllicə peşmançılıq olur. Su içmək üçün fil kimi xortumu yoxdur ki, yellədə suya içə. İri qamətiylə mütləq gərək əyilə. O cür əyilməyi də Allah kəssin: uzun ayaqlarını yanlara o qədər…

Davamı

Nəhənglərin cubbulu versiyaları

Zürafə, kərgədan, pinqvin, köpək balığı filanı hamınız tanıyırsız da. Yekəpər, zırpı bir şeylər. Amma onların bəzilərinin miniatür növləri də var. İnkişafdan geri qalmayıblar a, elə anadangəlmə cubbulu olan növləridir. Uzağa getməyək. Götürək elə bizdən 14385-cə kilometr aralıda yaşayan qonşularımız imperator pinqvinlərini. Boyları 1 metr 22 sm, çəkiləri də 22-45 kq. Bir də var kiçik pinqvin (adı…

Davamı

Amerika və Asiyanın tən ortasında Azor adaları

Şəxsən mənim üçün bəyəndiyim 2-3 Avropa ölkəsindən biridir Portuqaliya. Avropada yeganə ölkədir ki, sərhədləri 1139-cu ildən dəyişmir. Vaxtilə cubbulu Portuqaliya Amerikadan ta Asiyayadək ərazisinə görə özündən qat-qat iri torpaqları müstəmləkəsi altında saxlayıb. Onu da eləməzdi e yəqin, sadəcə böyründəki İspaniya krallıqları bu biçarə Portuqaliyaya nə Avropaya tərəf irəliləməyə imkan verib, nə də ümumiyyətlə quru vasitəsilə nəsə qaz…

Davamı