Ali Akbar

260 articles published

Köksüz, budaqsız, yarpaqsız ən iri gül

Cənub-Şərqi Asiyanın rütubətli cəngəlliklərində onun-bunun hesabına yaşayan raffleziya (Rafflesia Arnoldii növü) - dünyada ən iri çiçəkli bitkidir. Çiçəyinin diametri 1 metr, çəkisi 7-11 kiloqramadək olur.   Niyə "onun-bunun"? Çünki özünün nə kökü, nə gövdəsi, nə də yarpağı olur. Lianaların (Tetrastigma növünün) üzərində parazitik yolla bitir, liananın əziyyətlə qazandığı mineral filanı eninə-uzununa dədə malı kimi istifadə…

Davamı

Dilsiz, qanadsız, quyruqsuz kivi quşu

Bilirsiz də, quşların da dili olur. Ünsiyyət vasitəsini demirəm. Bədən orqanı dil. Amma bunun yoxudu. Kivi quşunun. Öz dərdi özünə azmış kimi, ana təbiət o vaxt bunu yaradanda "Heç uça da bilməyəcəysən" deyib quşu mat qoyub. Gedəndə əlüstü "quyruğun da olmayacaq" deyib düzəlib yola təbiət. Biçarə kivi "Ürəyivi boşaltdınsa - icazə verirsən indi yaşayam?" deyəndə tonu…

Davamı

Səsi cəngəlliyə cəngəllik verən hibbonlar

O filmlərdə cəngəlliyi göstərirlər a… Arxa fondan qəribə səslər gəlir: adamın həm qulağına ləzzət edir, həm də içində yüngülcə vahimə yaradır. Elə bil meşənin özü nəfəs alır. Bax, o səslərin ideal müəllifi şəxsən mənim üçün hibbonlardı. Əsasən də Kloss hibbonunun. Məncə, heyvanlar aləminin ən sehrli səslərindən biridir. (video). Bu günsə Siamanq hibbonundan danışacam. Mentavay arxipelaqının Siberut…

Davamı

Primatların tovuz quşusu

Adı Qırmızıbaldır duk meymunudur. Necə niyə? Çünki baldır hissəsi al-qırmızı rəngdədi. Vid-fasonlarına görə arada bunlara “bayram paş-paltarlı meymun” da deyirlər. Rəng çalarlarına görə isə tovuz quşunu ötüb keçməklərinə də az qalıb. Cənub-Şərqi Asiyanın yerli primatlarıdırlar. Yalnız ilkin və ya ikinci dərəcəli tropik yağış meşələrində yaşaya bilirlər; yaşayış sahələrinin parçalanmasına və mühit dəyişikliyinə qarşı çox həssasdırlar. Həm dişilərin, həm…

Davamı

Mazoxist ərini özünə svarkalayan balıq

Eybəcər vidli dəniz şeytanları (Amerikada onlara rahib balığı da deyirlər) balıqlar aləminin mazoxisti sayılır. Deyəcəm səbəbini. 1,5-5 km dərinlikdə yaşayıb oradakı təzyiqi veclərinə almayanlardandılar həm də. Uzunluğu 2 metrə çatan bu iri balıqların çəkiləri 28 kq-dək olur. Əxlaqsızyanə böyük ölçülü ağızları iti dişlərlə vız vurur. Sürüşkən dərilərinin üzərindəki saçaqlar balığın eybəcərliyinə xüsusi şarm qatır. Başlarında irəli əyilmiş…

Davamı

Qırmızılığına nə qədər çox salsa – bir o qədər sağlam görsənər

Zalımın oğlunun sifətinə elə bil bir samovar qaynar su dağılıb. Amma rəngini görüb ürəyiniz ağrımasın. Çünki keçəl uakari üzünün nə qədər qırmızılığına salsa, deməli, bir o qədər sağlam və gözəgəlimlidir. Elə xanım uakarilər də məhz bu keyfiyyətlərinə görə erkəyləri dəyərləndirib onlara "hə" deyirlər. Cənubi Amerikanın tropik meşələrində yaşayan bu qeyri-adi meymunların qeyri-adiliyi çöhrələrinin rəngindən başqa həm…

Davamı

“Ölməyi” hesabına sağ qalan aferistimiz

Baxmayın e adlarını heyvan qoyublar, lazım gələndə əməlli-başlı artistlik də edirlər. Məsələn, təhlükə hiss etdikləri zaman əlləri bütün qorunma üsullarından üzüləndə vururlar özlərini ölülüyə və ümid edirlər ki, bunlara xor baxan hücumçu biçarəni leş bilib baş qoşmayacaq. Bu cəhətdən ən məşhur artistka Virciniya opossumudur. Canı yanmış elə məharətlə "ölür" ki, alimlər bu mənzərəni görüb məəttəl qalıblar…

Davamı

Şirinliyi başına bəla olan bədbəxt…

Adamın Yazığı gəlir bu kök lorilərə (slow loris). Şirinlikləri başlarına bəla olub. Məncə, dünyadakı ən şirin heyvanlardan ən bədbəxtidirlər… Zahiri görünüşlərinə görə onları evdə saxlamaq istəyənlərin sayı çoxdur. Əsasən də fors xatirinə onlara göz dikən xanımlar. Amma bu, məhz Cənubi və Cənub-Şərqi Asiyanın tropik və subtropik meşələrində yaşayıb yaratmaq üçün dünyaya gəlmiş bir heyvandır. Lorilər Yer üzündəki…

Davamı

Avstraliyaya avstraliyalıq verən possum

Avstraliyaya avstraliyalıq verənlərdən biri də bu cığazdı - tülkükimi possum (və ya fırçaquyruq). IX əsrdə Yeni Zelandiyaya da təyinat alanları olub aralarında. 32-58 sm-lik bədəni (quyruğu 35 sm), 2,5 kq-lıq əndamı var bunun. Xəzləri çox yumşaq və sıxdır. Elə xəzlərinə görə də bir vaxtlar yerli əhalinin əsas gəlir mənbəyinə çevrilmişdilər. Yazıqlar özü də elə astagəldilər ki,…

Davamı