Ali Akbar

260 articles published

Eşq uğrunda başını itirən dəvədəlləyi

Boyu uzun adamlara da hərdən "dəvədəlləyi" deyirlər. Görəsən, niyə? Bu gün qeybətini eləyəcəyimiz dəvədəlləyi isə elə əsl dəvədəlləyidir - həşərat. Lap əvvəllər zooloqlar onları tarakanlara tay tuturdular ki, bu da dəvədəlləklərinin pisinə gəlirdi. Həqiqətən də, qaranlıq düşəndə çıxıb onun-bunun artıqlarını yeyən, qorxaq, vid-fasonundan adamın sifəti əyilən tarakanı güclü, ancaq diri şikarı tutub mələdib yeyən, menyusunda kiçik…

Davamı

Qonaq gələnləri diri-diri dişinə çəkən bitki

Adama deyərlər - gül kimi gülsən də, niyə özünü gül kimi aparmırsan? Çox qonaqpərvər olduğuna görə tutduğunu buraxmır. Çox istədiyindən "Adam bunu lap yemək istəyir" deyib yeyir də tutduğunu. Deyəndə də üzrxahlıq eləyir ki, bəs, "sən Allah bağışlayın, imkansızam, tək deyiləm, böyür-başımda bir sürü külfət də bitir, orqanizmim üçün lazımi qədər azotu, mineralları bu bitdiyim…

Davamı

Sultan Süleymanın ailəsindən burun mənimsəyən meymun

Roksellan rinopiteki və ya fındıqburun meymunun adı Osman sultanı Süleymanın həyat yoldaşı Roksolananın adından götürülüb, çünki onun kimi bunlar da fındıqburundular. Qalın, sıx tüklərinin hesabına çox aşağı temperaturu da veclərinə almırlar, ona görə də arada onlara "qar meymunu" da deyirlər. IX  əsrin 60-cı illərinədək avropalılar bu fason meymunun varlığından bixəbər idilər. İlk dəfə onları…

Davamı

Milyon yaşlı yexidna

Quş dimdikli, kirpi iynəli, sürünənlər kimi yumurta qoyan, qarnında balasını gəzdirmək üçün müvəqqəti çanta yaradan, 50 ildən artıq ömür sürə bilən qısa dimdikli yexidna — kökləri dinozavrlar dövrünə gedib çıxan qədim monotrem nəslinin günümüzə çatmış yadıgarıdır. Uzun, yapışqan dili, ekskavator kimi qabaq ayaqları və qarışqa-termitə olan ülvi məhəbbəti ilə qarışqayeyəni də xatırladır. Amma qohum deyillər. Yexidnanın…

Davamı

“Ken-qu-ru”, yəni “Mən başa düşmürəm”

Adam da kenquru olanda gərək kenquru kimisindən olsun. Kimə desən inanmaz: kisəsində balası ola-ola qəfildən hamilə qalan kenquru hamiləliyini müvəqqəti dondura bilir. “Balamsan, sən bir az xəttdə qal, qardaşıvı (bacıvı) bir balaca ayağa qaldırım, sonra sənlə məşğul olacam” filan. Adının tarixçəsi barədə də məşhur bir əhvalat var: guya onu ilk dəfə görən avropalı soruşub “bu nədi?”,…

Davamı

Himalay marmotlarının keyfə baxdığı məkan

Elə bilirdiz dağ-daşların arasında tapa bilməyəcəm heç kimi? De - Himalay marmotu. Sən demə, özükimilər arasında ən irisi, ən çox dağsevəri, ən nadir halda gözə dəyəni də elə bu imiş. 3000 metr hündürlükdən başlayan yerlərdə məskən salıb 5000 metrdə stop deyirlər. Yalnız Tibet platosunda yaşadıqlarına görə arada onlara Tibet marmotu da deyirlər. Xəbərçilik edim ki, Himalayın 3000…

Davamı

Erkək giyenanın (kaftarın) qəmli hekayəsi

Adam bu erkək kaftarlardan (giyena) oxuyanda lap ürəyi ağrayır. O "Sən Allah, 2 dəqiqə uşağa bax, indi gəlirəm" deyib uşağı erkəyin üstünə vızılladıb bütün günü ağacda şıllaq atan dişi İmperator tamarininə (http://travelstory.az/?p=935), "Başaa dönərəm, gözüü yum, sənə sürprizim var" deyib kürülərini mayalanmaq üçün cəld erkəyin torbasına doldurub özü aradan çıxıb kişisini doğmağa vadar edən dəniz…

Davamı

Primatlar ailəsinin ağsaqqalı

Bu ağ(bığ)saqqal meymun İmperator tamarinidi. Başqa özükimilərdən onları fərqləndirən təkcə ukladkalı bığları deyil, həm də tipik olmayan sosial iyerarxiyasıdır. Tamarinlərdə sürülərə başçılıq ən yaşlı və ən təcrübəli dişinin əlində olur. Onun da bığları var, yeri gəlmişkən. Ondan sonra sözkeçərliyinə görə nisbətən cavan dişilər gəlir. Erkək fərdləri isə tamarin yerinə qoyan yoxdu: ancaq qida, bir də körpələri…

Davamı

Madaqaskarlı ay-ay

Buna ad fikirləşməkçün də özlərini heç əziyyətə salmayıblar. Deməli, uzaq 1780-ci ildə fransız təbiətşünası P.Sonner Madaqaskarda olanda gözü bir əndrabazi heyvana sataşıb. Tutub gətirib yerlilərə göstərib ki, “siz Allah, bu nə olan şeydi, mənə də deyin”. Yerlilərin də, sən demə, heç özlərinin də xəbəri yox idi bu zaddan, görən kimi “ay-ay” bağırıb həşirə düşüblər ki “bu…

Davamı