Dünyanın müxtəlif ölkələrində həbsxanalardakı şərait ciddi şəkildə fərqlənir. Bəzi ölkələrdə dustaqlara insan hüquqları çərçivəsində yaxşı şərait yaradıldığı halda, digər ölkələrdə həbsxana şəraiti ağır və qeyri-insani ola bilər. Gəlin, dünyanın müxtəlif bölgələrindəki həbsxana şəraitinə nəzər salaq.
Skandinaviya Ölkələri – Məhbuslara İnsan Kimi Davranış
Norveç, İsveç və Finlandiya kimi ölkələrdə həbsxanalar əsasən məhbusların cəmiyyətə yenidən inteqrasiyasına…
Dünya
Araneomorf hörümçəklər sinfinin Pisauridae növü var. Əliaşağı vaxtları çox olur. İndi o da bir ananın oğludu. Əliaşağı vaxtlarında da nəsil artırmaq həsrəti onu tərk etmir. Dişilərin xasiyyətinə də bələddi axı, bilir ki, bir kopaqqızı onu əliboş qəbul eləməyəcək. Qalıb neynəsin. Qəfil beyninə sanballı start-up ideyası gəlib.
Ölüm-zülmlə bir milçək ölüsü tapır. Onu qəşəngcə öz torunda qablaşdırıb…
Mürəkkəbböcəyinin böcəkliyinə fikir verməyin. Çünki, birincisi, böcək-filan deyil – molyuskdur. İkincisi, ölçüsü 50 sm-dək olur.
Ta qədimdən biz insanlara tanışdır. Vid-fason dəyişmək sarıdan da çox yarıyıb. Maskirovkanın biri bir qəpikdən! Əsasən də bunu xalxın qızına özünü sırımaqçün edir. Daha doğrusu, qız uğrunda rəqib erkəklə mübarizədə. Özü də hissə-hissə edir bunu.
Gözaltı etdiyi dişiyə yaxın olan tərəfini abıra…
Tampada (Florida, ABŞ) sahilətrafı rayonlarda yaşayanların yanvar ayının ortalarından güzəranları puç olub. Hamısına da səbəb əraziyə yayılan təbil səsləri olub. Əvvəl elə biliblər yaxınlıqda yaşayan hansısa ismətsiz qonşudu xodduyub səsi evində şıllaq atır. Başlayıblar onu axtarmağa. Tapa bilməyiblər. Hətta o tərəflərdə yerləşən hərbi hissəyə də baş çəkiblər ki, bəlkə səs ordan gəlir. Bu cəhdləri də…
1700-dən çox növü olan Gerridae həşəratı var. Bunlardan 10%-i suda yaşayır. Erkəklərinin qəlbləri çox kövrək olur. Xətirlərinə dəyəndə o dəqiqə inciyirlər və hərəkətlərinə "atviçat" olmurlar. Əsasən də evlənmək ərəfəsində.
Ümumiyyətlə kiməsə nəsə barədə xəbərçilik etmək istəyəndə, ya eləcə ürəyləri darıxıb söhbət etmək istəyəndə, suyun üzərində yüngülvari dalğalar yaradaraq siqnallar göndərməyə başlayırlar. Ana təbiət bu imkanı onlara…
Timsahlar şirin suların ən yırtıcı varlığı sayılırlar. Ərazilərinə xor baxanları böyrü üstə qoymağa hər zaman hazırdırlar. Lap begemotlar kimi. Tərslikdən hər ikisi çox vaxt bir-birilərinin qonşuluğunda olurlar.
Begemot ət yeməsə də nervləşəndə timsahı parçalamağa hər zaman hazırdır. Ən çox da böyründəki balasına qarşı təhlükə hiss edərsə. Və ya ərazisinə soxulan qonaqdan gözü su içməsə. Göründükləri kimi…
Kinolarda, videolarda gördüyünüz yumru kol kimi bir şey var e, səhra küləyi alır ağuşuna aparır uzaqlara, bax, çox nahaq yerə onu adam yerinə qoymursuz. Elə bilirsiz quru bir şeydi də, diyirlənir özü üçün. Amma yox. Elə deyil söhbət.
Birincisi, onun adı var. Özü də handa bir ad: İerixon qızılgülü.
İkincisi, o, ölü filan da deyil, diridir.
Üçüncüsü, yaşı…
Ana təbiətdə hər bir canlı subaylığın daşını bir cür atır. Kimisi dəridən-qabıqdan çıxaraq, kimisi naz-qozla, kimisininsə heç özünün də xəbəri olmur ki, qəfil ərə gedibmiş (məsələn, bir üzü qız-bir üzü gəlin olan Arqonaft səkkizayaq kimi.
Bu yolda özünü şilküt edən 5-6 sm-lik ölçülü tikanbalığından danışaq. Ümumiyyətlə balıqları, adətən, dilsiz-ağızsız mal kimi bilirlər. Amma bu heç də…
Aeroportlar təkcə duty-free-ləri talan edib uçuş prosedurlarından keçmək üçün deyil ki. Biz, məsələn, üç nəfər idik, Dubay aeroportunda üçümüz də siqaret çəkmək üçün ayrılmış yerdəki rahat çarpayılarda nə fason yıxılıb yatmışdıqsa, bir gedəndə, bir də qayıdanda uçuşa gecikmişdik. İngilis dilindəki söz baqajı 17 sözdən ibarət olan dostumun check-in nəzarətindəki qıza "Please, please" deməyi yadıma düşəndə…
