Bir xeylaq vaxtdır həkimlə faizə işləyən kraliça arı təzə müştəri tapmışdı.
- Doxtur, fotomodel müştəri gətirmişəm. Pula pul demir! Özü də dərinliklər kraliçasıdı: 250 metrdən vurub 6 kilometrdən çıxır! Necədi?
- Əleykimə salam! Mənim nəyimə lazım kim hardan vurur-çıxır?! Obeddi e özü də, nə fotomodel?
Sözü bitməmiş bir də gördü otağda uzun nəsə peyda oldu.
- Diridi bu?
- Özü…
Dünya
Baytarlar itlər üçün dəhşət zərərli sayılan yeddi haqq-hesabla bölüşüblər.
Çoxumuz it saxlayırıq. Yaxşı da baxırıq onlara. Amma elə ərzaq və ya dərman preparatları var ki, onları itə versək, aqibəti acınacaqlı ola bilər. Bu barədə "𝙐𝙥𝙥𝙚𝙧 𝘾𝙖𝙣𝙖𝙙𝙖 𝘼𝙣𝙞𝙢𝙖𝙡 𝙃𝙤𝙨𝙥𝙞𝙩𝙖𝙡" xəbərçilik edib. Bu siyahıda nələr var?
1-ci yerdə "𝐈̇𝐛𝐮𝐩𝐫𝐨𝐟𝐞𝐧" preparatıdır. Ümumiyyətlə bütün ev heyvanları üçün çox toksikdir. Onu hətta…
Müştəri az olduğuna görə doxtur əlində 1 stəkan çay ayaqlarını uzadıb oturmuşdu. Elə təzəcə əncir vareynəsi bankasını şkafından çıxarırdı ki, rezki kraliça arı atdı özünü otağa.
- Sən nə sırtıq şeysən, yenə gəldin?
- Salam, doxtur. Özümçün gəlməmişəm ki, podruqamı gətirmişəm. Yaxşılıq yoxdu e buna…
Bu dəmdə ağzı yaşmaqlı kalabar pottosu (lorikimilər ailəsindən primat) da otağa sakitcə daxil…
Quşların demək olar ki, hamısı çox ailəcanlı olurlar. Yumurtaların qayğısına dişiylə dimdik-dimdiyə erkək də qalır. Hətta o qədər balacanlı olurlar ki, başqa quşların da övladlarına yiyə durmağa hazır olurlar. Yəni bu razmerdə fədakar valideyndirlər.
Amma bəzi quş növləri var ki, işləri-gücləri müqəddəs valideyn adına ləkə yaxmaqdır. Məsələn, ququ quşu (qu quşu yox a!). O nağıllarda-filanda "ku-ku"…
Bir gün kraliça arı bezir cavabı tapılmayan suallardan. Fikirləşir ki, evdə-eşikdə kimdən bunu soruşsa tüpürərlər sifətinə. Abrına qısılıb durur gedir sahə həkiminin yanına.
- Utanıram da deməyə, doxtur, amma daha bezmişəm…
- Həkiməm e mən, nə utanmaq? Mənim işim budu. Mənə də deməyib kimə deyəcəksən? De gəlsin.
Həkimin sözlərindən ruhlanan ana kraliça coşur:
- Deməli, doxtur, çox qəribə halla…
Məşhur Tripadvisor platforması dünyadakı çimərliklərin TOP-10-luğunu müəyyən etmək üçün öz istifadəçiləri arasında sorğu keçirib. Sizin də bir ayağınız oralarda olduğu üçün siyahıyla tanış etməyi qərara aldım.
2023-cü ilin nömrə 1 çimərliyi Braziliyadakı "Baía do Sancho" seçilib. Fernandu-di-Noronya adasındakı, yadınıza düşdü yəqin. Firuzəyi suyuna, qorunub saxlanmış ekomühitinə və sualtı biomüxtəlifliyinə görə seçiblər buranı. Bu sularda krablar, delfinlər,…
Catasetum ochraseum adlı orxideya (𝑠əℎ𝑙ə𝑏 𝑐̧𝑖𝑐̧ə𝑦𝑖) növü var. Baxırsan gül kimi güldü, amma hikkələri yerə-göyə sığmır. Daha doğrusu, dişilərinin forsu, erkəklərinsə hikkəsi.
Bu orxideyaların dişi gülləri yaman abır-ismət güdəndilər. Ərə gedəndə böyüklərdən aldıqları nəsihət o olur ki "Qızım, bir adımızı iki eləyıb özünü buraxma. Hər sezonda ancaq bir kişiyə "hə" denən". Bu təlimata uyğun olaraq da…
Empididae adlı bir həşərat var, milçəyə oxşayır. Bütün günü pilatesləri sülənib fiqurasını abıra mindirirdi. Olmuşdu fotomodel. Di gəl əks cinsdən bunu it yerinə qoyan olmurdu. Əməllicə depressiyaya düşmüşdü ki, niyə də axı, niyə? Niyə bütün günü yeyib-içib kökələn qızlar bir ucdan ərə gedir, bu isə pilatesdə şilküt edir özünü, amma üzünə elementar pis gözlə baxan…
Qızılı şayner balığı var. Günlərin bir günü anası bezir onun ev qızı obrazından.
- Ay bala, arada balkona zada da çıx, bəlkə qonşuluqda bir imkanlı gədə görüb bəyəndi səni?!
- Mama, sən hansı zəmanədə yaşayırsan? İndi balkonda-malkonda, marketdə-zadda qız seçmirlər. Dərinə getsək - ümumiyyətlə seçmirlər. Qız özü seçir.
Ananın şokdan protezi düşür ətəyinə.
- Mentalitetin kişnəsin, qızım, necə yanı…
