Milyon il əvvəl ən ağırçəkili tutuquşu sayılan kakapodan soruşublar: "Niyə uçmursan ki?", o da deyib: "Neymə lazım?!"
Həqiqətən milyon il əvvəl yalnız Yeni Zelandiyada yaşayan kakaponun uçmağa ehtiyacı yox idi. O vaxtlar adam-zad da hərləmirdi. Dinozavrın adı gələndə sifətini turşudurdu, çünki heç onu da forsuna yaraşdırmırdı.
Yaxşısını yeyib, yaxşısını içirdi, ən sanballı ərazilərdə də gəzib-dolaşırdı. Bir təbii…
Dünya
Gərək elə mütləq it-pişik-tısbağa saxlayasız? O qədər evinizin bəzəyi olmağa layiq ismətli heyvanlar var ki!.. Bir-birindən ekzotik.
FENEK
Maksimum 1,5 kiloqramlıq bu şirin şəlpəqulaq son zamanlar çox insanın evinin yaraşığı olmağa iddialıdır. Çox mehribandır. İlk dəqiqələrdən can desəz can da eşidəcəksiz ondan. Nəbadə səsinizi qaldırasız fenekə. Ölənəcən dindirməz adamı. Fenek minimal tələblə evinizin sakininə çevrilməyə hazırdır. Yetər…
Uşaq vaxtı iri qabaritli dəniz-okean əhli mənim üçün 2 qrupa bölünürdü: delfinlər (müsbət canlılar) və köpək balıqları (pis-pis canlılar). Rusca adı mehribanyanə səslənən ("Kosatka") canlının o vaxt öz dilimizdəki adını bilmirdim. Öz dilimizdə də adı "Qatil balina" imiş. Çöhrəsində də belə nurani gülüş ifadəsi var bu moşennikin. Elə o vaxtlarda qardaşlarım sağ olsunlar, nə məqsədləsə…
Ötən dəfə durduqları yerdə cinayətkar adı qazanan bəzi heyvanlar barədə yazmışdım (http://travelstory.az/?p=1382). Bu dəfə digər nakam avtoritetlərdən söhbət açacam.
XVIII əsrin əvvəlində Braziliyadakı fransiskan monastırının monaxları termitlərin (sarı qarışqa dəstəsi) əlindən dad çəkirdilər. Termitlər monastırın içindəki ev əşyalarını, hətta monastırın divarlarını gəmirərək orada yaşayanları pərişan edirdilər. Monaxlar da termitlərdən yepiskopa şikayət ediblər. O da eləmə tənbəllik…
Oturmusuz gül kimi pandemiyalı XXI əsrdə, ötən əsr heyvanlarının çəkdiyi müsibətlərdən xəbəriniz yoxdur. İtindən, siçanından, qarışqasından tutmuş, ta ki xoruz-inəyinəcən hamısının günləri qara olub.
1924-cü ildə bir qubernatorun qonşuluğunda Pep ləqəbli labrador-retriver cinsindən bir it yaşayıbmış. Günlərin bir günü, nastroyeniyası zor olan moment bu Pepin itdiyi tutub, gedib qubernatorun pişiyini böyrü üstə qoyub. Əsəbi qubernator bağırıb…
Dəniz atının erkək fərdi hər dəfə dəniz əjdahasının ailə başçısını görəndə mırt tutur ki: "Yekə kişisən, ayıbdı, ala, hamilə kişinin kisəsi qarnında olar". Yazığı gözükölgəli edib. Bildiyiniz kimi, dəniz atlarında bala dünyaya gətirmək erkək fərdin üzərinə düşür. Bu haqda yazmışdım. Dəniz əjdahasında da eyni söhbətdir. Di gəl ki, ikincinin qarnında balalarını bəsləyib dünyaya gətirəcək kisəsi…
Evivizin ən urvatsız guşəsinə vızıllatdığınız süpürgə var a - camaat onu yeyir e. Sizsə ev-eşiyin ən qara işlərini ona gördürürsüz. Çox harınlanmısız.
Adı da var - ikirəng sorqo. Təbii arealı Afrikanın şimalından ta cənubunadək uzanır. Belədə isə Amerika, Avstraliya, Hindistanda da bitirlər.
Dənlərindən, bayaq dediyim kimi, xalxın uşaqları qida kimi də istifadə edir, spirtli içkilərin hazırlanmasında da, süfrədə…
Rəvayətə görə Yer üzündə insan övladı peyda olan moment ağcaqanadlar bir-birlərinə gözaydınlığı veriblər ki, menyuya təzə ət gəlib.
45 milyon ildir planetimizin gözünü oxşayır bu ağcaqanadlar.
3000-dək növü var və ölçüləri də növündən asılı olaraq artıb-azalır. Ən irisinə (11,15 sm) 2017-ci ildə planetin sevimlisi Çində rast gəliblər. Əcdadlarının ölçüləri 5 sm-dək idi. Səyahət zamanı məni ən nuşicanlıqla…
Atalar deyib ki "Panda deyəndə - elə panda yada düşər". Amma yada düşən o bildiyiniz panda olur. Ağ-qara. 7 panda növü olub. Əfsuslar olsun ki, onların hamısının kökü artıq kəsilib. Birindən başqa. O böyük ağ-qara panda var a, o öz adını bu gün haqqında danışacağımız kiçik (qırmızı) pandaya oxşarlığına görə alıb, bilirdiz? Böyük panda (bambuk…
