Dünya

Dərdə dərman lavanda

O lavanda ki var - həm ətirlidi, həm müalicəvidi, həm də dekorasiya baxımdan gözəgəlimli. Müalicəvi haqq-hesabları barədə hələ Qədim Romada xəbər tutub antibakterial vasitə kimi istifadə edirdilər, vanna qəbul edəndə suya qatırdılar. Siz də deyirsiz o vaxt Avropada çimmirdilər… Vətəni Aralıq dənizi sahilləri sayılır. 30-dan da çox növü var. Güllərinin 50%-i gül olanda lavandanın ən ləyaxlı vaxtı…

Davamı

“Quşbeyin” sözü artıq kompliment kimi işlənməlidir. Çünki…

O, çox adiləşib gözümüzdə. Adını da belə bir təhər tələffüz edib o dəqiqə mənfi şeylərlə əlaqələndiririk. Necə deyərlər, quşun adı çıxınca - canı çıxsa yaxşıdır. Dünyanın çox yerində yaşayan quzğunu deyirəm. Əslində isə öz həyatıyla yaşayan ən ağıllı quşlardan sayılır quzğun. Hətta ən ağıllısı da demək olar. Britaniya alimlərini ta qədimdən bekarçılıq üzüb axı. 40 il bundan…

Davamı

Ağır xasiyyətli çau-çau

Çau-çau elə bil ayı balasıdı da, al qucağıva bəslə balan kimi. Əslində, elə çox gözəgəlimli və şirindir. Amma di gəl xasiyyəti çox tünddür. Ən ağır xasiyyətli, dominantlıq etməyi xoşlayan it cinsləri siyahısındadır bu çau-çau. Vaxtında təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmasalar, bir az iriləşən kimi evdə qayda-qanunu diktə edəcək, yiyəsini külli miqdarda problemlə üzləşdirib bir…

Davamı

Ulduzumuz da az aşın duzu deyilmiş…

Dəniz ulduzunun qanı yoxdur, bilin. Qida və qazların daşınmasında bədən boşluğu mayesi və su-damar sistemi iştirak edir. 1900-dək növü olan və yırtıcı heyvan sayılan bu ulduzlar hələ 400 milyon il əvvəl okean sularından qıy vururdular. Dinozavrlardan təxminən 200 milyon il əvvəl ortaya çıxıblar. Bəzi növləri 30 ilədək yaşayırlar. Ölçüləri bir neçə santimetrdən ta 1 metrədək ola…

Davamı

Vəhşi təbiətin qiryətsiz anaları

Bu gün sizə vəhşi təbiətdəki qiryətsiz analardan danışacam. Belə analardan söz düşəndə ilk ağla gələn özünə yuva qurmayan, yumurtalarını onun-bunun yuvasına vızılladıb gedən ququ quşu (kukuşka) olur. Amma bu indi mərifətsizliyi konkret alıb da boynuna, hamının da xəbəri var. Ona görə elə ququnu əlüstü yada salıb keçirik o biri "müqəddəs ana" adına ləkə gətirənlərə. Panda var e…

Davamı

Dilsiz, qanadsız, quyruqsuz kivi quşu

Bilirsiz də, quşların da dili olur. Ünsiyyət vasitəsini demirəm. Bədən orqanı dil. Amma bunun yoxudu. Kivi quşunun. Öz dərdi özünə azmış kimi, ana təbiət o vaxt bunu yaradanda "Heç uça da bilməyəcəysən" deyib quşu mat qoyub. Gedəndə əlüstü "quyruğun da olmayacaq" deyib düzəlib yola təbiət. Biçarə kivi "Ürəyivi boşaltdınsa - icazə verirsən indi yaşayam?" deyəndə tonu…

Davamı

Mazoxist ərini özünə svarkalayan balıq

Eybəcər vidli dəniz şeytanları (Amerikada onlara rahib balığı da deyirlər) balıqlar aləminin mazoxisti sayılır. Deyəcəm səbəbini. 1,5-5 km dərinlikdə yaşayıb oradakı təzyiqi veclərinə almayanlardandılar həm də. Uzunluğu 2 metrə çatan bu iri balıqların çəkiləri 28 kq-dək olur. Əxlaqsızyanə böyük ölçülü ağızları iti dişlərlə vız vurur. Sürüşkən dərilərinin üzərindəki saçaqlar balığın eybəcərliyinə xüsusi şarm qatır. Başlarında irəli əyilmiş…

Davamı

Şirinliyi başına bəla olan bədbəxt…

Adamın Yazığı gəlir bu kök lorilərə (slow loris). Şirinlikləri başlarına bəla olub. Məncə, dünyadakı ən şirin heyvanlardan ən bədbəxtidirlər… Zahiri görünüşlərinə görə onları evdə saxlamaq istəyənlərin sayı çoxdur. Əsasən də fors xatirinə onlara göz dikən xanımlar. Amma bu, məhz Cənubi və Cənub-Şərqi Asiyanın tropik və subtropik meşələrində yaşayıb yaratmaq üçün dünyaya gəlmiş bir heyvandır. Lorilər Yer üzündəki…

Davamı

Oteldən tam rəsmi nəyi “əkişdirə” bilərik?

Yaxın oturun, mənim əliəyri şoppana balalarım. Bu gün sizə qaldığınız otellərdən nəyi rəsmi surətdə özünüzlə apara biləcəyiniz barədə xəbər verəcəm. Özü də qorxu-hürküsüz, alnı açıq-üzü ağ, heç yerə gizlətmədən. Bir dəfə Antalyaya bizlə bərabər o vaxtkı kolleqam da getmişdi həyat yoldaşıyla. Təzə ailə qurmuş cütlüyün bal ayı idi. Antalyada 4 gün qalıb sonra da İstanbula yola…

Davamı