Dünya

Ginnesin Rekordlar Kitabının ən qorxubilməz heyvanı

Aslan, leopard, giyena, kobra ilanı - heç kimi hərləmir bu (videosu). Ginnesin Rekordlar Kitabına ən qorxubilməz heyvan kimi düşüb. Adına el içində bal porsuğu deyirlər. Elə eldən kənarda da adı belədir. Ölçüsü 80 sm-dəkdir (quyruğu - 25 sm), çəkiləri də 7-13 kq. Di gəl ki, qan uddurur da xalxın heyvanlarına. Porsuq deyilsə də porsuqkimilərlə, demək olar…

Davamı

Balaca mıxakeçirənimizlə tanış olun

Baxırsan ki, xudmani dilsiz-ağızsız quşdu, buna maksimum “motu quşu”, “şirinquş”, nəmm “aşkım quşu”, “apar məni servanta qoy” zad adını qoymaq olar. Amma buna cəllad quşu deyirlər. elmi adı - alaçöhrə. Adını latın dilindən tərcümə edəndə olan-qalan qara saçlarım da ağardı: "Lanius" - əzab verən, qəssab… Arsız-arsız nəğmə quşu sayılır, yırtıcı yox. Sərçəkimilər dəstəsinə daxildi. Yəni Elmi…

Davamı

“Ayı yazısı”nın qurbanı Mitio Xosino

Bir var "alın yazısı", bir də var "ayı yazısı". Vəhşi təbiət aşiqi məşhur yapon fotoqrafı Mitio Xosino (fotoda) 2-ci yazının badına gedib. Tox ağ ayı nadir hallarda insana hücum edir. Bəxtiparlaq Mitio Alyaskada olanda məhz ac vaxtına düşüb ayının. Ayı buna hücum edəndə fotoqraf qoyub üstünə nəyi var, qaça-qaça da nəzir deyib ki, sağ qalsa ayı…

Davamı

Ən şirin toyuqoğrusu: adi gəlincik

Buna "heyvan" deməyə adamın klaviaturası gəlmir, vallah. Adı da elə bil xüsusi sifarişlə alınıb: adi gəlincik. İlk baxışdan qaquma (горностай) və ya gəlinciyə (хорек) oxşasa da aralarında bir sıra gözəçarpacaq fərqlər var. Adi gəlincik o birilərin ölçüsünə baxanda daha xudmanidir, quyruğu birrənglidir, qulaqları da yumruvarıdır. Amerika, Avropa, Asiyada geniş yayılıb. Yaşadıqları yerlərin arealı da çox genişdir:…

Davamı

Eşq uğrunda başını itirən dəvədəlləyi

Boyu uzun adamlara da hərdən "dəvədəlləyi" deyirlər. Görəsən, niyə? Bu gün qeybətini eləyəcəyimiz dəvədəlləyi isə elə əsl dəvədəlləyidir - həşərat. Lap əvvəllər zooloqlar onları tarakanlara tay tuturdular ki, bu da dəvədəlləklərinin pisinə gəlirdi. Həqiqətən də, qaranlıq düşəndə çıxıb onun-bunun artıqlarını yeyən, qorxaq, vid-fasonundan adamın sifəti əyilən tarakanı güclü, ancaq diri şikarı tutub mələdib yeyən, menyusunda kiçik…

Davamı

Qonaq gələnləri diri-diri dişinə çəkən bitki

Adama deyərlər - gül kimi gülsən də, niyə özünü gül kimi aparmırsan? Çox qonaqpərvər olduğuna görə tutduğunu buraxmır. Çox istədiyindən "Adam bunu lap yemək istəyir" deyib yeyir də tutduğunu. Deyəndə də üzrxahlıq eləyir ki, bəs, "sən Allah bağışlayın, imkansızam, tək deyiləm, böyür-başımda bir sürü külfət də bitir, orqanizmim üçün lazımi qədər azotu, mineralları bu bitdiyim…

Davamı

Himalay marmotlarının keyfə baxdığı məkan

Elə bilirdiz dağ-daşların arasında tapa bilməyəcəm heç kimi? De - Himalay marmotu. Sən demə, özükimilər arasında ən irisi, ən çox dağsevəri, ən nadir halda gözə dəyəni də elə bu imiş. 3000 metr hündürlükdən başlayan yerlərdə məskən salıb 5000 metrdə stop deyirlər. Yalnız Tibet platosunda yaşadıqlarına görə arada onlara Tibet marmotu da deyirlər. Xəbərçilik edim ki, Himalayın 3000…

Davamı

Primatlar ailəsinin ağsaqqalı

Bu ağ(bığ)saqqal meymun İmperator tamarinidi. Başqa özükimilərdən onları fərqləndirən təkcə ukladkalı bığları deyil, həm də tipik olmayan sosial iyerarxiyasıdır. Tamarinlərdə sürülərə başçılıq ən yaşlı və ən təcrübəli dişinin əlində olur. Onun da bığları var, yeri gəlmişkən. Ondan sonra sözkeçərliyinə görə nisbətən cavan dişilər gəlir. Erkək fərdləri isə tamarin yerinə qoyan yoxdu: ancaq qida, bir də körpələri…

Davamı

Madaqaskarlı ay-ay

Buna ad fikirləşməkçün də özlərini heç əziyyətə salmayıblar. Deməli, uzaq 1780-ci ildə fransız təbiətşünası P.Sonner Madaqaskarda olanda gözü bir əndrabazi heyvana sataşıb. Tutub gətirib yerlilərə göstərib ki, “siz Allah, bu nə olan şeydi, mənə də deyin”. Yerlilərin də, sən demə, heç özlərinin də xəbəri yox idi bu zaddan, görən kimi “ay-ay” bağırıb həşirə düşüblər ki “bu…

Davamı