Təlxək balıqları o Nemo haqqında cizgi filmində elə Nemo rolundakı balıq növüdür.
Bu balıqların ailələrində çox ciddi iyerarxiya mövcuddur. Bütün nəsli ər-arvad cütlüyü requlirovka edir. Məhz elə onlar da nəslin artırılmasına cavabdehdirlər. Ailənin digər üzvləri kişi xeylağları olur, çünki doğuşdan hamısının cinsi erkək olur. Spora duranda amma çevrilib qadın da olurlar. Özü də erkəklər ölçülərini elə…
Dünya
Mürəkkəbböcəyinin böcəkliyinə fikir verməyin. Çünki, birincisi, böcək-filan deyil - molyuskdur. İkincisi, ölçüsü 50 sm-dək olur.
Ta qədimdən biz insanlara tanışdır. Vid-fason dəyişmək sarıdan da çox yarıyıb. Maskirovkanın biri bir qəpikdən! Əsasən də bunu xalxın qızına özünü sırımaqçün edir. Daha doğrusu, qız uğrunda rəqib erkəklə mübarizədə. Özü də hissə-hissə edir bunu: gözaltı etdiyi dişiyə yaxın olan tərəfini…
Bir filosof vardı, Halil Cibran. Bekar vaxtında qayıdıb deyib ki "Dostum, göründüyüm kimi deyiləm… Görünüş sadəcə geyindiyim bir paltardır". Bu kəlməni də kim əlində bayraq eləsə yaxşıdır? Görünüşü vahiməli, adı tükürpədici balina köpək balığından, quşyeyən-qoliaf hörümçəyindən tutmuş ta ki vampir yarasalar, baltacıq balığı, sarıquyruq əqrəbəcən.
Ümumiyyətlə heyvanlar aləmində adları çıxınca canlarının çıxmasına razı olan çox canlı…
Siz heç mələyin şeytanı tutub çiləməyini eşitmişdiz? Gəlin, onda agah edim sizi.
Soyuq şimal sularının 500 m dərinliklərində dəniz mələyi deyilən bir varlıq yaşayır (video). Həqiqətən mələk kimi görkəmi var. Adam istəyir ağzını ayırıb saatlarla tamaşa etsin ona. Üzgəc rolunu oynayan qanadları da var. Elə ona görə də onları qanadayaqlılara aid ediblər. Bütün günü suda o…
Düzünü deyin, axırıncı dəfə nə vaxt ilbizə tumar çəkmisiz, hal-əhval tutmusuz, çanağına 5-10 manat basmısız? Allah bilə meyvə ağacında, tənəkdə görəndə ya tutub vızıllatmısız bir kənara, ya da dərman alıb səpələmisiz həmin yerə ki, ziyan verir, hə?
Amma o, cupbululuğuna baxmayaraq, çox da maraqlı varlıqdır. Özü də 600 milyon il əvvəl peyda olublar planetimizdə.
Götürək elə üzüm…
Canavar deyəndə ilk olaraq məğrur bir canlı gəlir gözümüzün qabağına. Mütləq də alfa-erkək və ya alfa-dişi obrazında. Sürüləri, adətən, qohumluq xəttinin sayəsində yaranır. Amma buna baxmayaraq iyerarxiya haqq-hesablarına çox ciddi əməl olunur, böyük-kiçik, zəif-güclü, başçı-qulluqçu-filan söhbəti həmişə nəzarət altında olur.
Sürüdə alfadan (sürü başçısı) əlavə, bunun betası da var və onun ən son pilləsində omeqa-canavarı da.…
Əlinizə 67.000 dollar düşən kimi o dəqiqə qaçırsız ev, maşın almağa. Xalxın kişiləriysə o pula keçi alır. Bir ədəd. Özü də Dəməşq keçisi (və ya şami).
Yox, süd əvəzi "Şato Muton-Rotşild" çaxırı sağmırlar ondan. Sadəcə ekzotik vidinin sayəsində belə tutub özünü. Həm də çox məhsuldardır.
Balaca olanda adam tutub çiy-çiy yemək istəyir onu. 30 sm-dək olan uzun…
Onu ilk dəfə görən elə bilir bitkidi. Adı da, belə pis çıxmasın, dəniz xiyarıdır (və ya qoloturiya). İynədərililər sinfinə aiddir. Yaxın qonum-əqrəbaları da dəniz kirpiləri və dəniz ulduzlarıdır.
400-cə milyon il əvvəl dünyaya göz açan bu xiyarlar dinozavrlardan da əvvəl planetimizin sakini olublar. O vaxt canlı da o qədər çox deyildi. Yazıqları bekarçılıq üzmüşdü. Başlamışdılar öz…
Zürafə, kərgədan, pinqvin, köpək balığı filanı hamınız tanıyırsız da. Yekəpər, zırpı bir şeylər. Amma onların bəzilərinin miniatür növləri də var. İnkişafdan geri qalmayıblar a, elə anadangəlmə cubbulu olan növləridir.
Uzağa getməyək. Götürək elə bizdən 14385-cə kilometr aralıda yaşayan qonşularımız imperator pinqvinlərini. Boyları 1 metr 22 sm, çəkiləri də 22-45 kq. Bir də var kiçik pinqvin (adı…
